“Türkiyə hər cür təhdidi aradan qaldıracaq qüdrətə malikdir”

Türkiyə Baş naziri Binəli Yıldırım “Yüksək Əsgəri Şura” (YAŞ) üzvləri ilə birlikdə “Anıtkabir”i ziyarət edib. Ziyarət zamanı açıqlama verən baş nazir bildirib ki, millətimizin əzmi və iradəsi sayəsində ölkəmiz bir sabitlik adası olaraq varlığını davam etdirməkdədir: “Dövlətimiz hər cür təhdidi aradan qaldıracaq qüdrətə malikdir. Daha təhlükəsiz, ədalətli, azad bir Türkiyə ən əhəmiyyətli hədəfimizdir. Şəhid qanları ilə yoğurulan bu vətən torpaqlarını eyni əzm və dayanıqlılıqla qorumaq, gələcək nəsillərə əmanət etmək üçün inancımız hər zamankından daha çoxdur”. 

Türkiyə Baş naziri Binəli Yıldırım "Yüksək Əsgəri Şura" (YAŞ) üzvləri ilə birlikdə "Anıtkabir"i ziyarət edib. Ziyarət zamanı açıqlama verən baş nazir bildirib ki, millətimizin əzmi və iradəsi sayəsində ölkəmiz bir sabitlik adası olaraq varlığını davam etdirməkdədir: "Dövlətimiz hər cür təhdidi aradan qaldıracaq qüdrətə malikdir. Daha təhlükəsiz, ədalətli, azad bir Türkiyə ən əhəmiyyətli hədəfimizdir. Şəhid qanları ilə yoğurulan bu vətən torpaqlarını eyni əzm və dayanıqlılıqla qorumaq, gələcək nəsillərə əmanət etmək üçün inancımız hər zamankından daha çoxdur". 

Baş nazir vurğulayıb ki, 15 iyulda yaşanan lənətlənmiş çevriliş cəhdi qarşısında millətimizin göstərdiyi dirçəliş ruhu bir daha sübut etdi ki, bu millət istiqlalından, gələcəyindən heç vaxt imtina etməyəcək, dünən olduğu kimi bu gündə canı bahasına bizi biz edən dəyərlərini qoruyacaq: "Millətimiz 15 iyuldakı cəsarətli və qəhrəman duruşu ilə bütün dünyaya əsla əsarəti qəbul etməyəcəyini göstərdi və vətəni namərdlərə tapdalatmadı. 15 iyul şanlı tariximizin qızıl səhifələrinə bir dastan olaraq yazılıb". Azadinform Anadolu agentliyinə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31