Neymarın atasına bonus ödənilməsi müvəqqəti dondurulub
"Barselona" Neymarın atasına 26 milyon avro bonus ödəməkdə tələsmir. Katalonlar bu məbləği notariusa yönəldərək Neymarın "PSJ" klubuna transfer məsələsinin sonunu gözləyəcək. Braziliyalı ulduz "Barsa"da qalsa, atası 26 milyonu alacaq.Əks halda, pul öncədən nəzərdə tutulmuş hesaba köçürülməyəcək. Bu bonus "sambaçı"nın 2021-ci ilə qədər imzaladığı müqaviləyə görə nəzərdə tutulub.
2 Avqust 2017 13:29 İdman"Barselona" Neymarın atasına 26 milyon avro bonus ödəməkdə tələsmir. Katalonlar bu məbləği notariusa yönəldərək Neymarın "PSJ" klubuna transfer məsələsinin sonunu gözləyəcək. Braziliyalı ulduz "Barsa"da qalsa, atası 26 milyonu alacaq.Əks halda, pul öncədən nəzərdə tutulmuş hesaba köçürülməyəcək. Bu bonus "sambaçı"nın 2021-ci ilə qədər imzaladığı müqaviləyə görə nəzərdə tutulub.
"Barselona" iddia edir ki, futbolçu yeni müqavilə imzalayandan cəmi 1 il sonra getsə, bonusun ödənilməsi də düzgün deyil. Belə olan halda 26 milyonun 1/5 hissəsi, yəni 5.2 milyon avro Neymarın atasına veriləcək. Milli.az goal.az-a istinadən xəbər verir.