Ağdamdan seçilmiş deputat “Qarabağ”ın oyununu yayımlamayan telekanallara haqq qazandırdı

Milli Məclisin Ağdamdan olan deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov “Qarabağ” futbol klubunun Çempionlar Liqasının III təsnifat mərhələsində səfərdə Moldovanın “Şerif” klubu üzərində qələbə qazanmasına münasibət bildirib. B.Sadıqov “Qarabağ” klubunun qələbəsi münasibəti ilə Azərbaycan xalqını təbrik edib: “Dünənki oyunu ilə “Qarabağ” futbol klubu həm azarkeşlərinin etimadını doğruldub, həm Azərbaycan dövlətinin adına şərəf gətirən uğura imza atıb, həm də qarşısına vəzifə qoyub, ona nail ola bildiyini sübut edib. 

Milli Məclisin Ağdamdan olan deputatı, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov "Qarabağ" futbol klubunun Çempionlar Liqasının III təsnifat mərhələsində səfərdə Moldovanın "Şerif" klubu üzərində qələbə qazanmasına münasibət bildirib. B.Sadıqov "Qarabağ" klubunun qələbəsi münasibəti ilə Azərbaycan xalqını təbrik edib: "Dünənki oyunu ilə "Qarabağ" futbol klubu həm azarkeşlərinin etimadını doğruldub, həm Azərbaycan dövlətinin adına şərəf gətirən uğura imza atıb, həm də qarşısına vəzifə qoyub, ona nail ola bildiyini sübut edib. 

Bütövlükdə, "Qarabağ"ın bu qələbəsi Azərbaycan xalqına böyük sevinc bəxş edib. Buna ən çox sevinənlərdən biri də mənəm. Qələbə münasibəti ilə "Qarabağ"ın oyunçularını və Azərbaycan xalqını təbrik edirəm".

"Qarabağ" və "Şerif" klubları arasında keçirilən oyunun Azərbaycan telekanallarında yayımlanmaması məsələsinə də toxunan deputat bunun Azərbaycandan asılı olmayan səbəblərdən baş verdiyini söyləyib:

"Bu oyunun Azərbaycan telekanallarında yayımlanmaması qarşı tərəfin səhvi ucbatından olub. Bu, tək Azərbaycan tərəfindən asılı olan məsələ deyil. Gərək qarşı tərəf də bizi anlayıb kömək edəydi. Əgər onlar kömək etmək istəməyibsə, artıq bu problemin kökü bizlik deyil. Bildiyimə görə, əvvəl bu məsələ ilə bağlı razılaşma olsa da, sonra pozulub. Hər halda oyunun lent yazısı Azərbaycan tərəfinə təqdim olunacaq".

Xatırladaq ki, "Qarabağ" və "Şerif" klubları arasında keçirilən oyunda Azərbaycan komandası 2-1 hesabı ilə qələbə qazanıb. Səfərdə qələbə qazanan "Qarabağ" komandası pley-off mərhələsinə yüksəlib. Bununla da "Qarabağ" klubu üçün tarixi fürsət yaranıb. İndiyədək 3 dəfə təsnifat mərhələsinin 3-cü turunda mübarizəni dayandıran təmsilçimiz nəhayət ki, "tilsimi" qırmağa nail olub.  Ölkə.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31