Moskvada hərbi poliqonda Azərbaycanın mədəniyyət nümunələri nümayiş olunub 

Moskva şəhəri yaxınlığındakı Alabino hərbi poliqonunda yaradılmış “Dostluq Evi”ndə “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarında iştirak edən dövlətlərin nümayəndələri öz ölkələrinin mədəniyyət nümunələrini nümayiş etdiriblər.

Moskva şəhəri yaxınlığındakı Alabino hərbi poliqonunda yaradılmış "Dostluq Evi"ndə "Beynəlxalq Ordu Oyunları - 2017" yarışlarında iştirak edən dövlətlərin nümayəndələri öz ölkələrinin mədəniyyət nümunələrini nümayiş etdiriblər.

Azərbaycan Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, beynəlxalq oyunlarda iştirak edən nümayəndələr və qonaqlar sərginin Azərbaycana aid bölməsində ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri, məişətinə aid eksponatlarla yaxından tanış olmaq imkanı əldə ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31