Səyyar ASAN xidmət Zaqatalada
2 – 31 avqust tarixlərində Səyyar ASAN xidmət Zaqatala rayonunda vətəndaşlara səyyar formada xidmət göstərəcək. ASAN xidmətdən “Olaylar” – a bildirilib ki, Səyyar ASAN qatar avqust ayının 7-nə kimi Siyəzən rayonunda xidmətini davam etdirəcək.
2 Avqust 2017 11:33 Sosial2 - 31 avqust tarixlərində Səyyar ASAN xidmət Zaqatala rayonunda vətəndaşlara səyyar formada xidmət göstərəcək. ASAN xidmətdən "Olaylar" - a bildirilib ki, Səyyar ASAN qatar avqust ayının 7-nə kimi Siyəzən rayonunda xidmətini davam etdirəcək.
Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.