İsrail hərbi təyyarələrinin silahlı basqını

Ərəb mətbuatının iddiasına görə ötən gecə İsrail hərbi təyyarələri Dəməşq Hava Limanında İrana aid avtomaşın karvanına silahlı basqın ediblər. Məlumata əsasən, İsrail hərbi təyyarələrinin vurduqları yük hərbi məqsədlə daşınırmış.

Ərəb mətbuatının iddiasına görə ötən gecə İsrail hərbi təyyarələri Dəməşq Hava Limanında İrana aid avtomaşın karvanına silahlı basqın ediblər. Məlumata əsasən, İsrail hərbi təyyarələrinin vurduqları yük hərbi məqsədlə daşınırmış. İran mənbələri bildirir ki, hadisəni təsdiq ediblər. Ancaq vurulan yükün Hələbdə keçiriləcək əyləncə tədbirləri üçün gətirildiyi iddia olunur. Silahlı basqına məruz qalan yüklər OWJ qeyri dövlət mədəni-əyləncə təşkilatına aid olub. İsrail tərəfi hadisə ilə əlaqədar açıqlama verməyib. Rəsmi Dəməşq də qarşıdurma ilə əlaqədar hələilk heç bir fikir səsləndirməyib. Xəbəri "Olaylar" - ın Türkiyə bürosu yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31