Azərbaycanda 55 nəfəri ilan, 6 nəfəri əqrəb sancdı
Azərbaycanda bu il ərzində 55 nəfəri ilan, 6 nəfəri isə əqrəb sancıb. Bunu Azərbaycan Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib. Onun sözlərinə görə, yalnız iyul ayında 14 nəfəri ilan sancıb ki, onların da 3-ü uşaq olub. İyulda 3 nəfəri əqrəb, 1 nəfəri qara qurd sancıb.
2 Avqust 2017 11:38 SosialAzərbaycanda bu il ərzində 55 nəfəri ilan, 6 nəfəri isə əqrəb sancıb. Bunu Azərbaycan Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib. Onun sözlərinə görə, yalnız iyul ayında 14 nəfəri ilan sancıb ki, onların da 3-ü uşaq olub. İyulda 3 nəfəri əqrəb, 1 nəfəri qara qurd sancıb. A.Maqsudov deyib ki, indiyədək 56 nəfər sirkə turşusundan zəhərlənmə ilə əlaqədar xəstəxanaya yerləşdirilib. Yalnız iyul ayında 4 nəfər sirkə turşusundan zəhərlənib. Onların vəziyyəti ağır olsa da, iyul ayında ölüm halı qeydə alınmayıb. Trend.az