Gündəm

Mayk Pens: "Rusiyanın cəhdləri qarşısında Monteneqronun qətiyyətinə heyranıq"

2 Avqust 2017 11:23

ABŞ-ın vitse-prezidenti Avropa turnesi çərçivəsində Monteneqroya səfər edib. M.Pens Podqoritsada ABŞ-Monteneqro ikitərəfli əməkdaşlığı, o cümlədən NATO çərçivəsində əməkdaşlıq məsələlərinə dair müzakirə aparıb. Ağ Evdən bildirilib ki, vitse-prezident Monteneqroya ABŞ-ın dəstəyini ifadə edib: "Vitse-prezident bizim NATO üzrə ən yeni müttəfiqimiz olan Monteneqroya dəyişməz dəstəyimizi, eləcə də Rusiyanın onu avroatlantik yoldan döndərmək cəhdləri qarşısında Monteneqronun qətiyyətindən heyranlıq duyduğunu ifadə edib".

"Qarabağ"ın rəqibi nə vaxt müəyyənləşəcək?

2 Avqust 2017 11:22

Çempionlar Liqasının pley-off mərhələsinə adlayan "Qarabağ" növbəti rəqibi bu həftə müəyyənləşəcək. "Play-off"un püşkatma mərasimi avqustun 4-ü, Bakı vaxtı ilə saat 14:00-da keçiriləcək. Təmsilçimizin potensial rəqibləri ilə yanaşı, püşk zamanı səpələnmişlər, yaxud səpələnməmişlər arasında yer alacağı da məlum deyil.

Bakıda yanan avtomobildə ölən şəxsin kimliyi məlum oldu

2 Avqust 2017 11:20

Dünən Bakı şəhərinin Sabunçu rayonunda - Heydər Əliyev prospektinin keçmiş "Komsomol" dairəsindən keçən hissəsində baş vermiş dəhşətli qəzada ölən şəxsin kimliyi məlum olub.

Qələbənin FOTOSU

2 Avqust 2017 10:56

İlham Əliyevin çıxışları Çin dilinə tərcümə olunacaq

2 Avqust 2017 10:43

Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun əməkdaşı Əfsanə Balayeva Xaricdə Çin dilinin yayılması üzrə Dövlət dəftərxanasının Pekin Dillər və Mədəniyyət Universitetində təşkil etdiyi yüksək səviyyəli tərcüməçilik kurslarında iştirak edib. Universitetdən “Olaylar” – a bildirilib ki, əsas məqsədi Çin dili üzrə yazılı və şifahi tərcümə bacarıqlarını təkmilləşdirmək olan kurslara qatılan iştirakçılar Çin dilinin müasir prinsipləri və tədrisi metodları ilə tanış olub, Çin diplomatiyası və fəlsəfəsi üzrə mühazirələr dinləyib, Çinin rəssamlıq və xəttatlıq sənəti üzrə ustad dərslərində iştirak ediblər. Ə.Balayeva, həmçinin ADU-nun nəzdindəki Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov tərəfindən Çin dilində hazırlanan, Prezident İlham Əliyevin Azərbaycan-Çin münasibətlərinin inkişafına verdiyi töhfəyə həsr olunan “İlham Əliyev – iki qədim xalqın dostluğunun müasir davamçısı” kitabının təqdimatını keçirib.

2 avqust Milli Kino günüdür

2 Avqust 2017 10:33

Bu gün ümummilli lider Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə hər il avqustun 2-də Milli Kino günü kimi qeyd olunur.  Azərbaycan kino sənətinin tarixi 1898-ci il iyunun 21-dən başlayır. İlk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş xronika süjetləri ("Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" və s.) və bir bədii kinosüjetdən ("İlişdin") ibarət idi. 1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri (ticarət evləri) tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradılmışdı. 1915-ci ildə adı çəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə İbrahim bəy Musabəyovun "Neft və milyonlar səltənətində" romanı əsasında eyni adlı ilk Azərbaycan bədii filminin çəkilişinə başladı. Filmi çəkmək ücün Peterburqdan rejissor Boris Svetlov dəvət olunmdu.

Müğənni xəstəxanaya yerləşdirildi

2 Avqust 2017 10:28

Məşhur türkiyəli müğənni İrəm Derici “Kanal D” – də proqram çəkilişindən öncə halı pisləşib. Müğənni sevgilisi Lider Şahin və işçiləri tərəfindən dərhal xəstəxanaya yerləşdirilib. Ürəyinin sıxıldığını deyən İrəm daha öncə də sevgilisindən ayrılandan sonra da halının pisləşdiyin məlum olub.

Suriya müxalif ordusunda yeni lider

2 Avqust 2017 10:05

Suriyadakı ən böyük hərbi müxalif qruplardan biri olan Ahraruş Şamın yeni lideri məlum oldu. “Olaylar” bildirir ki, müxalif qrupun yeni lideri Əbul Bəra elan edilib. "Əbu Ammar" ləqəbi ilə tanınan Əli Ömərin istefasının qəbul edildiyi və onun yerinə Əbul Beranın namizədliyi irəli sürülüb.

Konsulluğa silahlı hücum

2 Avqust 2017 09:54

Los- Anceles şəhərində yerləşən Çin konsulluğuna asiya əsilli 60 yaşlarında bir nəfər silahlı hücum edib. Konsulluğa 17 dəfə atəş açan təcavüzkar daha sonra intihar edib. “Olaylar” bildirir ki,  səhər saatlarında baş verən hadisədə yaralanan və həlak olan olmayıb. Çin konsulluğu isə hadisədən  son dərəcə narahat olduqlarını, ABŞ səlahiyyətlilərindən binanın və binada çalışan diplomatların təhlükəsizliyini təmin edəcək zəruri tədbirlərin görülməsini xahiş edib.

Rumıniya silkələndi

2 Avqust 2017 09:42

Kandil Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutundan alınan məlumata görə Rumıniyada 4,6 bal gücündə zəlzələ qeydə alınıb. Səhər saatlarında qeydə alınan zəlzələ yerin 142 km dərinliyində baş verib.

Yaponiyada sunami həyacanı

2 Avqust 2017 09:35

Yaponiyanın şimal - şərqində  5,5 bal gücündə zəlzələ qeydə alınıb. olub. Yaponiya meteoroloji idarəsinin məlumatına görə, zəlzələnin episentri İbaraki prefekturasında, 10 kilometr dərinlikdə yerləşib. Sunami təhlükəsi elan edilsə də, zəlzələdən bir neçə dəqiqə sonra xəbərdarlıq ləğv edilib. Güclü yeraltı təkanlar paytaxt regionu da daxil olmaqla, Honsü adasının mərkəzi və şimal-şərq hissəsində hiss edilib.

Güləşçimiz erməni rəqibini məğlub etdi

2 Avqust 2017 09:32

Finlandiyanın Tampere şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı start götürüb. Azərbaycan Güləş Federasiyası xəbər verir ki, ilk yarış günündə 50, 60, 74 və 96 kq çəki dərəcələrində sərbəst güləşçilər yarışıb. Yığmamız günü 1 qızıl medalla başa vurub. 50 kq çəki dərcəsində mübarizə aparan Şahin Muxtarov bütün rəqiblərini məğlub edərək qızıl medal və gənclərin Dünya çempionu titulunu qazanıb.