"Qarabağ” az vurdu, "saz" vurdu - STATİSTİKA
2 Avqust 2017 10:53 İdmanÇempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən "Şerif" - "Qarabağ" matçının statistik göstəriciləri açıqlanıb. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, UEFA Tiraspoldakı görüşdə kimin fərqli komponentlərdə üstün olduğunu müəyyənləşdirib.
Səfərdə 2:1 hesablı qələbə qazanan çempionumuz qapı istiqamətində daha az - 8 zərbə endirsə də, bu, qələbəyə mane olmayıb. Çempionumuzun 8 zərbəsindən 5-i çərçivəyə düşüb. 2 zərbə qapıdan aralı gedibsə, 1 epizodda rəqib müdafiəçilər topun qarşısında sipər olublar.
Rəqibdə isə bu göstərici uyğun olaraq 17, 9, 7 və 1-dir.
"Qarabağ" ümumiyyətlə ofsayda düşməsə də, kornerlərdə tarazlıq yaranıb - 4:4.
Ağdamlılar daha çox qayda pozuntusuna yol verərək sarı vərəqə sayında da rəqibi qabaqlayıb.
"Şerif"
"Qarabağ"
1
Qollar
2
17
Zərbələr
8
9
Çərçivəyə
5
7
Çərçivəyə düşməyən
2
1
Dəf olunan
1
4
Künc zərbələri
4
1
Oyundan kənar vəziyyət
0
12
Qayda pozuntusu
15
3
Sarı vərəqə
5
0
Qırmızı vərəqə
0
milli.az