Gündəm
Uşaqları sürətlə qocaldaraq öldürən XƏSTƏLİK
ABŞ-ın Hyuston Metodist xəstəxanasının mütəxəssisləri orqanizmin vaxtından tez qocalmasına səbəb olan progereya xəstəliyin qarşısını almağın yollarını tapıblar.
Qrafen günəş batareyaları yaradılıb
Massaçusets Texnologiya İnstitutunun (MIT) alimləri Tsin Konq və Yi Sonq günəş panelləri üçün qrafendən ibarət yeni elastik element hazırlayıblar. Qrafenin sərbəst köçürülməsi texnikası T.Konq tərəfindən 2008-ci ildə kəşf edilən üsula əsaslanır. Bu halda qrafen əsaslı fotoelement mis folqasında ərsəyə gətirilir.
“iPhone” üçün “Word Flow” klaviaturası ləğv edilib
“Microsoft” korporasiyası “App Store” əlavələr mağazasında “iPhone” üçün “Word Flow” klaviaturasını ləğv edib. Korporasiya bunu eksperimentin başa çatması ilə izah edərək istifadəçilərə “SwiftKey” klaviaturasından istifadəni tövsiyə edir.
“Intel” fləş kart ölçüsündə neyron şəbəkəsi təqdim edib
Son zamanlar neyron şəbəkələri demək olar insan fəaliyyətinin bütün sahələrində tətbiq edilir. Elə təsəvvür yaranır ki, böyük istehsal gücü tələb edən bu texnologiya adi istifadəçilər üçün əlçatmazdır. Ancaq “Intel” şirkətinin “Movidius” adlı filialı “Neural Compute Stick” adlı qurğu təqdim edib. Adi fləş kart ölçüsündə bu qurğunun daxilində dərin kompüter təlimi funksiyasına malik güclü neyron şəbəkəsi fəaliyyət göstərir.
Mobil genişzolaqlı internet abunəçilərinin ümumi sayı 4,3 milyarda çatıb
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) son hesabatına əsasən, internet istifadəçilərinin 25%-i 15-24 yaşlı insanlardan ibarətdir. Həm də əksər ölkələrdə ümumdünya hörümçək torundan istifadə edən kişilərin sayı qadınlardan çoxdur. Çin isə mobil rabitənin yayılma sürətinə görə liderdir.
“Chrome”un yeni versiyası reklamları bloklayacaq
“Google”un tərtibatçıları “Chrome” brauzerinin mobil versiyasına reklamların blok edilməsi funksiyasını əlavə edib.
Hakerlər “Taxt oyunları”nın ssenarisini ələ keçirdi
Hakerlər HBO telekanalına müdaxilə edərək məşhur “Taxt oyunları” (“Game of thrones”) seriyalının 7-ci mövsümünün 4-cü seriyasının ssenarisini ələ keçiriblər. Bu bölüm hələlik efirə çıxmayıb.
Hamilə olduğunu uşaq doğulanda bildi – İNANILMAZ HADİSƏ
Təxminən hər 2500 hamiləlikdən birində qadın hamilə olduğundan xəbərsiz olur. Hətta qadın hamilə olduğunu son anda, yəni doğuş zamanı bilir. Bəlkə də inanmayacaqsınız, amma tibdə buna “hamiləlik inkarı” deyilir. Türkiyəli həkim Gökben Hızlı Sayar qadınların yaşadığı bu heyrətamiz halla bağlı geniş məlumat verib.
Velosiped sürən xanımlar, bu yazını MÜTLƏQ OXUYUN
Velosiped sürməyin sağlamlığa çox faydalı olduğu hər kəsə bəllidir. Ancaq aparılan son araşdırmalara görə, velosiped sürmək qadınlara məsləhət görülmür.
Qan qrupuna görə XASİYYƏT
İnsanı daha yaxşı tanımaq üçün biz adətən onun hansı bürcə aid olduğu ilə maraqlanırıq. Yaponiyada isə elə hesab olunur ki, insanın xasiyyəti onun qan qrupu ilə sıx bağlıdır. İşə qəbul etdikdə, dost axtardıqda, hətta ailə qurduqda insanın hansı qan qrupuna aid olması bu ölkədə mütləq nəzərə alınır. Ailem.az saglamolun.az-a istinadən bununla bağlı maraqlı bilgiləri təqdim edir.
"Uşaqlara çörək yedirtməyin!”
“Çörək bol olarsa, basılmaz vətən!” Demək olar ki, Azərbaycanda hər kəs bu deyimdə də vurğulandığı kimi çörəyin bol olması tərəfdarıdır. Biz həmişə çörəyə müqəddəs bir nemət kimi yanaşmış, yerə düşdükdə dərhal öpüb gözümüzün üstünə qoymuşuq. Yaşlı nəslin nümayəndələri isə çörəyə qarşı daha həssas davranırlar. 1941-45-ci illər müharibəsini görən hər bir yaşlı çörəyə qarşı hansısa hörmətsizlik edən gənc görəndə mütləq məzəmmətlə belə deyir: “Ay bala, çörəyi ziyan etməyin. Vaxt vardı biz bir tikə çörəyi dilimizin altına qoyurduq ki, eləcə dadını duyaq, bəlkə aclığımız az da olsa keçər”...
Stress kişiləri daha ünsiyyətcil olmağa məcbur edir
Alman alimlərinə görə, sosial gərginlik şəraitində kişilər əvvəllər hesab edildiyi kimi aqressiv deyil, ünsiyyətcil olurlar. Gərgin vəziyyətlərdə onların davranışını öyrənən mütəxəssislər bildiriblər ki, qıcığa cavab reaksiyası olaraq kişilər müsbət sosial davranış nümayiş etdirirlər.
Diqqət: Enerjili içkilər əsəb gərginliyinə və depressiyalara səbəb olur
Enerjili içkilərin orqanizmə müsbət təsirindən dəm vuran reklam çarxlarına inanmayın. Belə hesab edilir ki, bu içkilər yorğunluğu və stress vəziyyətini aradan qaldırır. Təsəvvür edin ki, yorulmuş orqanizmi oyatmaq hansı hala səbəb olar. Təbii ki, süni olaraq yaradılan fəallıq zəif orqanizmi daha da əldən salar. Enerjili içkilərin daimi qəbulu yuxusuzluğa, tündməcazlığa, əsəb gərginliyinə və daha artıq depressiyalara səbəb olur.
Düzgün pəhriz beyinə faydalıdır
Türkiyəli qida və pəhriz mütəxəssisi Demet Sayar bildirib ki, beyin funksiyalarının normal olması üçün düzgün pəhriz saxlamaq lazımdır. Onun sözlərinə görə daha çox beyin hüceyrələri bu vəziyyətdən təsirlənir. Pəhriz saxlayanlar rasionda qlükoza istifadəsinə fikir verməlidirlər.
Pis yağlar beyni korlayır
Tərkibində “pis” yağlar (qatı və ya transyağlar) olan qidanın tez-tez qəbulu ürəyin fəaliyyətinə mənfi təsir göstərir. Bu artıq çoxdan məlumdur. İndi isə belə aydın olub ki, qatı yağlılıq qadınlarda koqnitiv funksiyaları və hafizəni korlayır. “Yaxşı” qeyri-qatı yağlar isə əksinə, bu və digər keyfiyyətlərə müsbət təsir göstərir.














