Diqqət: Enerjili içkilər əsəb gərginliyinə və depressiyalara səbəb olur

Enerjili içkilərin orqanizmə müsbət təsirindən dəm vuran reklam çarxlarına inanmayın. Belə hesab edilir ki, bu içkilər yorğunluğu və stress vəziyyətini aradan qaldırır. Təsəvvür edin ki, yorulmuş orqanizmi oyatmaq hansı hala səbəb olar. Təbii ki, süni olaraq yaradılan fəallıq zəif orqanizmi daha da əldən salar. Enerjili içkilərin daimi qəbulu yuxusuzluğa, tündməcazlığa, əsəb gərginliyinə və daha artıq depressiyalara səbəb olur.

Müsbət əhval-ruhiyyədə olmaq və sükan arxasında yatmamaq üçün çox uzaq yola çıxan sürücülər enerjili içkiləri daha çox qəbul edirlər. Lakin yenə də yanılırlar. İçki birinci qurtumdan sonra təsir edir. Sonradan isə öyrəşmə və növbəti dəfədə doza artıqlığı baş verir. lap narkomanlarda olduğu kimi, siz dozanı artıraraq daha artıq içmək istəyirsiniz, nəticə isə sıfıra bərabərdir. Əvəzində fikir dağınıqlığı baş verir, özünüzü ələ ala bilmirsiniz.

Bəs enerjili içkiləri orqanizm niyə belə tez həzm edir? Hər şey çox sadədir, onlar qazlıdırlar. Qlükoza kimi karbohidratlar qana keçir və buradan orqanizm üçün əhəmiyyətli orqanlara paylanır. Siz kəskin təkan hiss edirsiniz. Beyinin və əsəb sisteminin normal fəaliyyəti üçün zəruri olan B vitamini enerjili içkilərdə həddindən artıqdır. Kəskin ürək döyünməsi, əl və ayaqlarda titrəmə, qan təzyiqinin artması, qanda şəkərin yüksəlməsi, taxikardiya, qanaxma, başgicəllənmə və hətta impotentlik onların əlavə təsiridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31