Gündəm

Xəbərdarlıq: İsti havalar infarkt riskini artırır!

1 Avqust 2017 19:10

Yay aylarında isti havalarla bağlı ürək-qan damar sistemində təzyiqin yüksəlməsi ilə infarkt riski də artır. Belə ki, həddindən artıq isti havalar təzyiqin aşağı düşməsinə, damarın sıxılmasına və ürəyə gedən qan axını tarazlığının pozulmasına səbəb olur.

Fransa kinosunun əfsanəsi dünyasını dəyişdi

1 Avqust 2017 19:00

Fransa kinosunun əfsanəvi aktrisalarından sayılan Janna Moro vəfat edib. 89 yaşlı aktrisanın meyiti evində tapılıb. Moro xüsusilə "Yeni dalğa" axınının ən məşhur rejissorlarından olan Fransua Trufanın 1962-ci ildə lentə aldığı "Jules və Jim" filmi ilə məşhurlaşmışdı. Janna həm də Katrin Denev, Bricit Bardo ilə birlikdə 3 məşhur fransız aktrisadan biri idi. Tənqidçilərin fikrinə görə, 2-ci dünya müharibəsindən sonrakı fransız kinosu Jannasız təsəvvür edilə bilməz.

Qadınların hamilə qala bilməməsinin SƏBƏBİ ÜZƏ ÇIXDI

1 Avqust 2017 19:00

Diş əti problemi olan qadınların hamilə qalma şansları 4 dəfə aşağıdır. Bu fakt Helsinki Universitetində 256 qadın üzərində aparılan araşdırma nəticəsində məlum olub. Bir il ərzində onların ağız, diş və ginekoloji müayinələri edilib. Bir il sonra hamilə olmayan qadınların tüpürcəyində P.Gingivalisti bakteriyası müşahidə olunub. Mütəxəssislər bildirib ki, bu bakteriyalar yumurtlamağı və cinsinin implantasyonunu qarşısını alır. Hamilə qalmaq şansı diş əti xəstəliyi olmayan və bakteriya müəyyənləşdirməyən qadınlarda isə 4 qat daha çox olur.

Ekspert: "Uğurla icra olunan dövlət proqramları Azərbaycanın simasını köklü şəkildə dəyişib"

1 Avqust 2017 18:57

Azərbaycanda həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində son 14 ildə ölkədə işsizlik və yoxsulluq səviyyəsi 5 faizə düşüb, minlərlə yeni müəssisə yaradılıb, 1,7 milyondan artıq yeni iş yeri açılıb.

Arı dəstəsi təyyarənin uçuşuna mane oldu

1 Avqust 2017 18:55

Hindistanın "Alliance Air" aviaşirkətinin təyyarəsi arı dəstəsinin hücumuna məruz qalıb. Heydərabaddan Punaya uçuş həyata keçirməli olan təyyarənin ön şüşəsi arılarla örtülüb. Bununla əlaqədar uçuş təxirə salınıb.

"Bavariya"da yeni idman direktoru

1 Avqust 2017 18:37

"Bavariya"nın yeni idman direktoru müəyyənləşib. Bu vəzifəyə klubun sabiq yarımmüdafiəçisi Hasan Salihamiciç təyin edilib. 40 yaşlı sabiq oyunçu ilə 2020-ci ilin iyununa kimi müqavilə imzalanıb. O, bu vəzifədə 2016-cı ilin iyul ayında istefa verən Mattias Zammeri əvəzləyib.

"Panathinaikos"un heyətində ciddi itki

1 Avqust 2017 18:36

Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Qəbələ"nin qonağı olacaq Yunanıstan "Panatinaikos"u ciddi itki ilə üzləşib. Əməliyyat olunan vitse-kapitan Georges Kutrumbisnövbəti oyunu buraxmalı olacaq. 

Səhiyyə Nazirliyi rezidenturanın boş qalan yerlərinə qəbul olanlara müraciət edib

1 Avqust 2017 18:32

Səhiyyə Nazirliyi 2017/2018-ci tədris ili üçün rezidenturaya boş qalan yerlərə qəbul olanlara müraciət edib. Səhiyyə Nazirliyindən verilən məlumata görə, rezidenturaya boş qalan yerlərə qəbul olmuş şəxslər Dövlət İmtahan Mərkəzinin (DİM) elektron xidməti çərçivəsində yaradılmış “Şəxsi kabinet”lərinin istifadəçi adını, namizədin elektron ərizələrinin iş nömrəsini və lazımi sənədləri 2-3 avqustda saat 10:00-dan 13:00-dək Səhiyyə Nazirliyinə təqdim edərək, nazirliklə “Rezidenturada həkim-mütəxəssis hazırlığı haqqında” müqaviləni bağladıqdan sonra qeydiyyatdan keçməlidirlər.

Rusiyada məhkəmədə baş verən silahlı insidentin təfərrüatları məlum olub

1 Avqust 2017 18:30

Moskva vilayət məhkəməsində baş verən silahlı insidentin təfərrüatları məlum olub.  Hadisə Moskva vilayətində çoxsaylı cinayətlərdə ittiham olunan "GTA dəstəsi" adı altında fəaliyyət göstərən cinayətkar dəstənin məhkəməsi zamanı baş verib. Cinayətkar dəstənin beş nəfər üzvünü gətirən konvoya liftə hücum olub.

57 illik qanun ləğv edildi: Təcavüzkarların qara günləri başladı

1 Avqust 2017 18:24

İordaniya parlamenti Cinayət Məcəlləsində yer alan və təcavüzkarın təcavüz etdiyi insanla evlənməsi şərtilə həbsdən qurtulmasını ehtiva edən qanun maddəsini müzakirəyə çıxarıb.

Erməni deputat: “Qarabağda bizə təhlükəsizlik lazımdır, lüks avtomobillər yox”

1 Avqust 2017 18:23

"Hər şeydən öncə təhlükəsizlik gəlir. Bölgədə bundan çox heç nəyə ehtiyac ola bilməz. Yaşadığımız bu cür şəraitdə bu lüks nəyə lazımdır? Yolverilməzdir, bizim üçün uyğun deyil", - bu sözləri Ermənistanın aravot.am portalına müsahibəsində qondarma “DQR” Məclisinin üzvü, “88 hərəkatı”nın rəhbəri Eduard Aqabekyan deyib.

Pirallahıda tikinti-quruculuq işlərinə 9,5 milyon manat ayrıldı

1 Avqust 2017 18:22

Prezident İlham Əliyev Bakı şəhərinin Pirallahı rayonunda tikinti-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında  sərəncam imzalayıb.

Kapitanlıq sarğısı Selçukdan alındı

1 Avqust 2017 18:20

"Qalatasaray"ın yeni mövsümdən kapitanı dəyişəcək. Kapitanlıq sarğısı Selçuk İnandan Fernando Musleraya verilib. 31 yaşlı qolkiper əsas kapitan kimi "Kaysərispor" matçında debüt edəcək. Bunun yeganə səbəbi Selçuk İnanın optimal formadan xeyli uzaq olmasıdır.

“Neftçi” daha bir məşhur alman klubu ilə üz-üzə

1 Avqust 2017 18:19

"Neftçi"nin Avstriya toplanışı çərçivəsində Almaniyanın "Herta" klubu ilə keçirəcəyi yoxlama oyunu canlı yayımlanacaq.

Hollivud ulduzu suriyalı qaçqınlar üçün məktəb açacaq

1 Avqust 2017 18:17

Hollivudun məşhur siması Corc Kluni və onun həyat yoldaşı Amal suriyalı qaçqın uşaqlar üçün məktəb açacaq. Aktyor Livan əsilli həyat yoldaşı ilə birlikdə “Ədalət üçün Kluni” vəqfi vasitəsilə qaçqın kimi Livana sığınan 3 mindən çox uşağa 7 məktəb tikdirəcək.