Gündəm

Türkiyədə təhlükəli virus yayılıb - Azərbaycana keçə bilərmi? - VİDEO

1 Avqust 2017 18:10

Koksaki adlanan virus Türkiyənin bəzi ərazilərində uşaqlar arasında kütləvi şəkildə yayılıb. Bu virus hava damcı yolu ilə yayılır. Ehtimal olunur ki, xəstəlik Türkiyəyə səfər edən azərbaycanlılar vasitəsilə ölkəmizə gətirilə bilər. Turizm Assosiasiyasının müşaviri Müzəffər Ağakərimov deyir ki, indiyədək bu xəstəliklə bağlı turizm şirkətlərinə müraciət olunmayıb. Eyni zamanda bilet qaytarma kimi hallar da baş verməyib.

Nəsimi rayon “Gənc İlhamçılar” düşərgəsinın iştirakçıları Şəkidə FOTOLAR

1 Avqust 2017 18:05

Nəsimi Rayon İcra Hakimiyyətinin Şəki şəhər İcra Hakimiyyəti ilə birgə Şəki şəhərində həyata keçirdiyi Nəsimi rayonunun şəhid ailələri, Qarabağ müharibəsi veteranları, rayonun aztəminatlı ailələrinin uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər ümumi sayı 100 nəfər yeniyetmə üçün “Gənc İlhamçılar” yay düşərgəsində məktəblilərin istirahətinin yaddaqalan olması üçün silsilə tədbirlər keçirilib.

Xəzərdə batan 5 nəfər xilas edilib

1 Avqust 2017 18:02

Bu gün gündüz saatalrında Xəzərdə batan 5 nəfər xilas edilib. Trend-ə Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Sabunçu rayonunda 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Müğənnilər geyimlərinə xərclədikləri qiyməti açıqladılar - 1000 avro

1 Avqust 2017 18:00

Müğənnilər bu dəfə geyimlərindən, onlara xərclədiyi pullardan danışıb.   "Xəzər maqazin" sorğu apararaq, onların qarderobunı, əyinlərindəki libasların qiymətini soruşub:  Yaşar Yusub: "Əynimdəki köynək və kostyum birlikdə 600 manatdır. Ayaqqabı 160 manatdır. 

XİN rəhbəri: "25 illik əməkdaşlıq iki ölkə münasibətlərinin inkişafına təkan verib"

1 Avqust 2017 17:51

Xarici işlər naziri Elmar Məmmədyarov 25 iyul 2017-ci il tarixində Azərbaycan Respublikası və Sudan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə Sudanın xarici işlər naziri İbrahim Qandura təbrik məktubu ünvanlayıb.

İsveç millisi Avropa çempionu olob

1 Avqust 2017 17:50

Bakı Atıcılıq Mərkəzində keçirilən atıcılıq üzrə Avropa çempionatında kişilər arasında 300 metr məsafəyə standart tüfənglə atəşaçmada komanda yarışında İsveç millisi 1711 xal toplayaraq qalib gəlib.

Rusiyadan ABŞ-a hədə yağışı

1 Avqust 2017 17:42

Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Amerika Birləşmiş Ştatlarını yeni gərginlik dalğası yaradacaq hərəkətlərdən uzaq durmağa çağırıb. Peskov bu çağırışı ABŞ-ın Ukrayna sərhədlərinə raket və müxtəlif çeşidli silahlar göndərəcəyinə dair xəbərlərdən sonra edib. 

"Qalatasaray” “Osmanlıspor”un futbolçusunu transfer edir

1 Avqust 2017 17:41

"Qalatasaray”ın transfer etmək istədiyi “Osmanlıspor”un futbolçusu Badu Ndiaye tibbi müayinədən keçib. Bu barədə İstanbul klubunun saytı məlumat yayıb. Seneqallı yarımmüdafiəçi ilə yaxın vaxtlarda müqavilə imzalanacağı gözlənilir. Bu transfer üçün "Qalatasaray"ın 7.5 milyon avro ödəyəcəyi bildirilir.

Moldova separatçı lideri öhdəliyinə götürdü

1 Avqust 2017 17:26

Moldova Daxili İşlər Nazirliyi qondarma Dnestryanının eks-lideri Yevgeni Şevçuk və ailəsini öhdəliyə götürüb. Bunu jurnalistlərə açıqlamasında Moldova Baş Prokurorluğunun rəsmi nümayəndəsi Nikolay Kitoroaqe söyləyib. O, nazirliyin Şevçuk və ailəsinin mühafiəzisini təşkil edəcəyini bildirib.

Qadın yığmamız almaniyalı həmkarları ilə qarşılaşacaq

1 Avqust 2017 17:23

Avqustun 20-26-da qadın şahmatçılardan ibarət Azərbaycan millisi almaniyalı həmkarları ilə yoldaşlıq görüşü keçiriləcək.  5 lövhədə matç AŞF-nin binasında Sheveningen sistemi üzrə olacaq.

Soçi görüşü: Moskva vacib məsələləri Bakı ilə müzakirə edir

1 Avqust 2017 17:22

Rusiya Prezidenti Soçidə adətən olduqca əhəmiyyətli geosiyasi məsələləri müzakirə edir. Azərbaycan Prezidentinin Soçiyə dəvət edilməsi və çox mühüm məsələlərin müzakirə edilməsi bu kontekstdə bir sıra nəticələr çıxarmağa imkan verir. İlham Əliyevi yüksək səviyyədə qarşılayan Rusiya dövlət başçısı regional və qlobal təhlükəsizlik üçün ciddi əhəmiyyəti olan problemləri müzakirə edəcəyini açıq bildirib.

Millimizin üzvü "qara siyahı"da

1 Avqust 2017 17:11

"Bursaspor"un baş məşqçisi Pol Le Quenin 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu Ozan Can Kökcünü "qara siyahı"ya əlavə edib.  Millimizin üzvünün performansı fransalı mütəxəssisi qane etmir. Ozan Canla yanaşı, Boban Yoviç, Sinan Bakış və Mərt Örnək səhər məşqini əsas komandadan ayrı çalışıblar. Adları çəkilən oyunçular əvəzedici heyətdə çalışacaqlar.

Dövlət qulluğunda işləyənlər 5 ildən bir imtahan verəcəklər

1 Avqust 2017 17:09

Dövlət qulluğunda işləyən şəxslər hər 5 ildən bir yenidən imtahan verməli olacaqlar. Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, dövlət qulluğuna qəbulla bağlı imtahanda iştirak edərək işə qəbul olunan şəxslərə sertifikat verilir: "Beş ildən sonra həmin sertifikatın hüquqi qüvvəsi itir. Buna görə də onlar yenidən imtahanda iştirak etməli olacaqlar".

Teatr Beynəlxalaq Festivalda iştirak edəcək

1 Avqust 2017 17:08

Akademik Milli Dram Teatrı avqustun 2- dən 8 – dək Bolqarıstanın Varna şəhərində keçiriləcək  Beynəlxalq Monotamaşalar Festivalında ölkəmizi təmsil edəcək. Teatrın mətbuat xidmətindən “Olaylar” – a verilən məlumata görə festivalda rejissor Anar Babalının Əməkdar artist Ayşad Məmmədovun “İuda” monopyesi əsasında hazırladığı tamaşa nümayiş olunacaq. Mədəniyyət və Turizm Nazirliyi və Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə ölkəmizi təmsil edəcək “İuda” səhnə əsəri avqustun 7-də tamaşaçılara təqdim ediləcək. Mono tamaşada Əməkdar artist Ayşad Məmmədov özü çıxış edəcək.

Gizem Karacanın toy tarixi bəlli oldu

1 Avqust 2017 17:04

Aktrisa Gizem Karacanın toy tarixi bəlli olub.  Aktrisa mayda nişanlandığı iş adamı Kemal Ekmekçiilə nikaha daxil olacaq.