Gündəm

260 nəfər əlilliyi olan şəxsin məşğulluğu təmin olunub

1 Avqust 2017 17:00

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən əlilliyi olan şəxslərin məşğulluğunun təminatı işləri davam etdirilir.

Metroda mobil telefon oğurlayan şəxs saxlanılıb

1 Avqust 2017 16:53

Metroda mobil telefon oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhər sakini Samir Mustafayev iyulun 29-da Bakı ŞBPİ-nin Metropolitendə Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, iyulun 28-də saat 15:30 radələrində metronun “Əhmədli” stansiyasında qızı, 14 yaşlı Nəzrinin əl çantasından dəyəri 340 manat olan “Hoffman” markalı mobil telefonu naməlum şəxs tərəfindən oğurlanıb.

Şimali Koreyanın dünyanı şoka salan sirri İLK DƏFƏ ORTAYA ÇIXDI

1 Avqust 2017 16:47

Şimali Koreyanın qeyri-adi dəniz altı gəmiyə sahib olduğu ortaya çıxıb. Bu barədə ABŞ Müdafiə Nazirliyində (Pentaqon) adının açıqlanmasını istəməyən rəsmilərdən biri deyib.

İspaniya Kataloniyanın müstəqillik referendumunu əngəllədi

1 Avqust 2017 16:46

İspaniya Konsitutsiya Məhkəməsi Kataloniyanın müstəqillik referendumu tərtib olunması və bu layihənin qəbul edilməsi üçün parlamentin səlahiyyətinə düşən bütün yollara əngəl qoydu.

Rusiyada anonim zəng 300 nəfərin təxliyəsinə səbəb oldu

1 Avqust 2017 16:44

Rusiyada Başqırdıstanın Ufa şəhərində dəmiryol vağzalından 300-ə yaxın adam təxliyə edilib. Buna səbəb partlayış təhlükəsi olub. Məlumata görə, Ufa polisinə vağzalda partlayıcı qurğu olması barədə zəng daxil olub. Nəticədə təhlükəsizlik qüvvələri vağzala cəlb edilib. Binada axtarış aparıldıqdan sonra hər hansı bir təhlükənin olmadığı üzə çıxıb. Axtarış başa çatdıqdan sonra vağzal adi rejimdə işini davam etdirib. Anonim zənglə bağlı polis araşdırmalara başlayıb.

"Qarabağda müharibə qaçılmazdır" - Ermənilər təlaşdadırlar

1 Avqust 2017 16:42

Azərbaycanla müharibə qaçılmaz məsələyə çevrilib. Hər şey, hər hadisə bizi addım-addım buna aparır.

Lənkəranda narkotik plantasiyası aşkar edildi

1 Avqust 2017 16:27

Lənkəranda narkotik plantasiyası aşkar edilib.  DİN xəbər verir ki, Lənkəran Rayon Mühafizə Şöbəsindən Şəhər Rayon Polis Şöbəsinə Kənarmeşə kəndinin ətrafındakı ərazidə narkotik tərkibli bitkilərin kultivasiya yolu ilə yetişdirilməsinə dair şübhələrin olması barədə əməliyyat məlumatı daxil olub.

Qazaxıstan Misirə etiraz etdi

1 Avqust 2017 16:26

Qazaxıstan Xarici İşlər Nazirliyi Mətbuat mərkəzinin rəhbəri Anuar Jaynakov açıqlamasında qeyd edib ki, 19 iyulda Qahirədə saxlanılan 6 Qazaxıstan vətəndaşının həbs olunmasından 12 gün keçməsinə baxmayaraq Misir rəsmiləri həbsin səbəbini açıqlamırlar. Bundan əlavə Jaynakov Misir təhlükəsizlik qüvvələrindən onların sorğularına müsbət cavab gəlmədiyini də bildirib.

Azərbaycana gələn əcnəbilər tərəfindən həyata keçirilən nağdsız ödənişlərin həcmi artıb

1 Avqust 2017 16:25

Son dövrlər qeyr-neft sektorunun inkişafı çərçivəsində turizmə yönəlmiş məqsədyönlü tədbirlər nəticəsində bu sahənin intensiv inkişafı üçün geniş imkanlar yaranıb. “OLAYLAR”-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə turizmin müxtəlif növləri inkişaf edib, həmçinin Azərbaycana gələn əcnəbilərin sayında və uyğun olaraq onların nağdsız ödənişlərinin həcmində  artım müşahidə olunub.

Xidmət rəisi Şamaxıda vətəndaşları qəbul edəcək

1 Avqust 2017 16:23

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov avqustun 16-da Xidmətin Şamaxı rayon şöbəsində Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayonlarının sakinlərini qəbul edəcək. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yayıb.

Əbülfəs Qarayev vətəndaşları qəbul edib

1 Avqust 2017 16:22

Avqustun 1-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının binasında Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşları qəbul edib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, nazirliyin məsul əməkdaşlarının iştirak etdiyi qəbulda 20-yə yaxın vətəndaşın müraciətinə baxılıb.

6 min erməni Çaldıran düzünə niyə və necə toplanıb? - ŞƏRH

1 Avqust 2017 16:20

İranın Qərbi Azərbaycan əyalətinin Çaldıran məntəqəsində yerləşən Qarakilsə kilsəsinə hər il dünya ermənilərinin dini mərasim adı ilə toplaşması bir adətə çevrilib. Ötən ayın sonlarında da 6 minə yaxın erməninin əraziyə toplaşması və 3 gün dini ayinlərini icra etməsi bu qəbildən idi. Maraqlıdır ki, mərasim Azərbaycan Erməniləri Xəlifəliyi, İran Mədəni İrs Təşkilatı və İslami İrşad və Mədəniyyət İdarəsi ilə koordinasiya edilmiş bir şəkildə və İran təhlükəsizlik orqanlarının rəsmi icazəsi ilə keçirilib.

Moskvada məhkəmədə atışma - Yaralılar var

1 Avqust 2017 16:16

Moskva vilayət məhkəməsində atışma baş verib. Atışma məhkəmədə cinayət qruplaşmasının işi gedərkən başlayıb. İlkin məlumatlara görə, hadisə nəticəsində yaralılar var. Vəkillərdən birinin sözlərinə görə, 20-ə yaxın atəş səsi eşidilib. Hadisə ilə əlaqədar məhkəmə binası təxliyə edilib.

Türkiyədə fahişəlik edən azərbaycanlı qadınlar SAXLANILDILAR

1 Avqust 2017 16:15

Türkiyə polisi fahişəliklə edən azərbaycanlı qadınları saxlayıb.  Hadisə İzmirdə qeydə alınıb.  2-si azərbaycanlı, 1-i türk olmaqla pul qarşılığında fahişəlik edən 3 qadın və onlara şərait yaradan bir kişi polis idarəsinə aparılıb. 

Mərkəzi Bank uçot dərəcəsini dəyişmədi

1 Avqust 2017 16:11

Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 15% səviyyəsində və faiz dəhlizinin digər parametrlərinin (dəhlizin aşağı həddi 10%, yuxarı həddi 18%) dəyişməz saxlanılması barədə qərar qəbul edib.