Qazaxıstan Misirə etiraz etdi
Qazaxıstan Xarici İşlər Nazirliyi Mətbuat mərkəzinin rəhbəri Anuar Jaynakov açıqlamasında qeyd edib ki, 19 iyulda Qahirədə saxlanılan 6 Qazaxıstan vətəndaşının həbs olunmasından 12 gün keçməsinə baxmayaraq Misir rəsmiləri həbsin səbəbini açıqlamırlar. Bundan əlavə Jaynakov Misir təhlükəsizlik qüvvələrindən onların sorğularına müsbət cavab gəlmədiyini də bildirib.
1 Avqust 2017 16:26 DünyaQazaxıstan Xarici İşlər Nazirliyi Mətbuat mərkəzinin rəhbəri Anuar Jaynakov açıqlamasında qeyd edib ki, 19 iyulda Qahirədə saxlanılan 6 Qazaxıstan vətəndaşının həbs olunmasından 12 gün keçməsinə baxmayaraq Misir rəsmiləri həbsin səbəbini açıqlamırlar. Bundan əlavə Jaynakov Misir təhlükəsizlik qüvvələrindən onların sorğularına müsbət cavab gəlmədiyini də bildirib.
Qazaxıstanın Qahirədəki səfirliyi həbslə bağlı aidiyyatı qurumlarla görüşüb, lakin vəziyyətini dəyişmədiyi bildirilir. Qazaxıstan höküməti Misir Xarici İşlər Nazirliyinə və Misirin Astanadakı səfirliyinə etiraz notası göndərib.