Əbülfəs Qarayev vətəndaşları qəbul edib

Avqustun 1-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının binasında Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşları qəbul edib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, nazirliyin məsul əməkdaşlarının iştirak etdiyi qəbulda 20-yə yaxın vətəndaşın müraciətinə baxılıb.

Avqustun 1-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının binasında Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşları qəbul edib. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, nazirliyin məsul əməkdaşlarının iştirak etdiyi qəbulda 20-yə yaxın vətəndaşın müraciətinə baxılıb. Müraciətlər əsasən, yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, tarix və mədəniyyət abidələrinin təmiri və bərpası, bölgələrdə turizmin təşviqi və digər məsələlərlə bağlı olub. Qəbulda vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31