Nəsimi rayon “Gənc İlhamçılar” düşərgəsinın iştirakçıları Şəkidə FOTOLAR
Nəsimi Rayon İcra Hakimiyyətinin Şəki şəhər İcra Hakimiyyəti ilə birgə Şəki şəhərində həyata keçirdiyi Nəsimi rayonunun şəhid ailələri, Qarabağ müharibəsi veteranları, rayonun aztəminatlı ailələrinin uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər ümumi sayı 100 nəfər yeniyetmə üçün “Gənc İlhamçılar” yay düşərgəsində məktəblilərin istirahətinin yaddaqalan olması üçün silsilə tədbirlər keçirilib.
1 Avqust 2017 18:05 SosialNəsimi Rayon İcra Hakimiyyətinin Şəki şəhər İcra Hakimiyyəti ilə birgə Şəki şəhərində həyata keçirdiyi Nəsimi rayonunun şəhid ailələri, Qarabağ müharibəsi veteranları, rayonun aztəminatlı ailələrinin uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər ümumi sayı 100 nəfər yeniyetmə üçün "Gənc İlhamçılar" yay düşərgəsində məktəblilərin istirahətinin yaddaqalan olması üçün silsilə tədbirlər keçirilib.
Nəsimi RİH-dən verilən məlumata görə, düşərgədə məktəblilərin istirahəti üçün maraqlı tədbirlər, idman yarışları, görməli mədəni tarixi yerlərə ekskursiyalar, gəzintilər təşkil edilib. Nəsimi rayonunun "Gənc İlhamçılar"ı Şəki şəhərində Heydər Əliyev Mərkəzinin qonağı olublar. Daha sonra Şəki Xan sarayına, R.Əfəndiyev adına Tarix-diyarşünaslıq muzeyinə, Xalq Tətbiqi Sənəti Muzeyinə, Karvansaraya, Şəhidlər Xiyabanına, 1941-1945 abidəsinə, Kiş kəndindəki qədim Alban məbədinə və Marxal istirahət mərkəzinə maraqlı ekskursiyalar təşkil edilib. Düşərgə iştirakçıları həmçinin Şəki ponaramasından şəhəri də maraqla seyr ediblər. Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva aparılan ekskursiyalar və gəzintilərin, keçirilən intellektual yarışların düşərgə uşaqlarının dünyagörüşünün, Azərbaycan tarixi və mədəniyyəti haqqında biliklərinin artmasına xidmət etdiyini bildirib.
"Gənc İlhamçılar" düşərgəsində həmçinin Şəki şəhər Gənclər və İdman İdarəsi tərəfindən uşaqlar arasında futbol, voleybol, tennis, qol güləşi, bilyard və digər idman yarışları keçirilmiş, qaliblər müəyyən edilib. "Gənc İlhamçılar" həmçinin intellektual yarışlarda da öz biliklərini sınayıblar. Keçirilən bilik və idman yarışları düşərgədə uşaqların istirahətini daha maraqlı və yaddaqalan edib.
.jpg)
.jpg)

.jpg)
.jpg)
.jpg)