Hollivud ulduzu suriyalı qaçqınlar üçün məktəb açacaq
Hollivudun məşhur siması Corc Kluni və onun həyat yoldaşı Amal suriyalı qaçqın uşaqlar üçün məktəb açacaq. Aktyor Livan əsilli həyat yoldaşı ilə birlikdə “Ədalət üçün Kluni” vəqfi vasitəsilə qaçqın kimi Livana sığınan 3 mindən çox uşağa 7 məktəb tikdirəcək.
1 Avqust 2017 18:17 DünyaHollivudun məşhur siması Corc Kluni və onun həyat yoldaşı Amal suriyalı qaçqın uşaqlar üçün məktəb açacaq. Aktyor Livan əsilli həyat yoldaşı ilə birlikdə "Ədalət üçün Kluni" vəqfi vasitəsilə qaçqın kimi Livana sığınan 3 mindən çox uşağa 7 məktəb tikdirəcək. Vəqfin internet saytından verilən açıqlamada "HP", "Google" və UNİCEF-in də layihəni dəstəklədiyi bildirilib. Layihə 3.3 milyon dollarlıq büdcə ilə həyata keçiriləcək. Kluni bu addımla qaçqın uşaqlara təlim dəstəyi verməyi və onlara gələcəkdə lider ola bilmələri üçün yardım etməyi hədəflədiyini deyib. Publika.az