57 illik qanun ləğv edildi: Təcavüzkarların qara günləri başladı
İordaniya parlamenti Cinayət Məcəlləsində yer alan və təcavüzkarın təcavüz etdiyi insanla evlənməsi şərtilə həbsdən qurtulmasını ehtiva edən qanun maddəsini müzakirəyə çıxarıb.
1 Avqust 2017 18:24 Dünyaİordaniya parlamenti Cinayət Məcəlləsində yer alan və təcavüzkarın təcavüz etdiyi insanla evlənməsi şərtilə həbsdən qurtulmasını ehtiva edən qanun maddəsini müzakirəyə çıxarıb. Parlament qanunun qüvvədən düşməsinə qərar verib. Qızğın müzakirələrdən sonra bu gün səsvermə keçirən vəkillər səs çoxluğu ilə qanunun ləğv edilməsinə nail olublar. Qərar bütün parlament üzvləri tərəfindən alqışlarla qeyd edilib. "İordaniyalı Qadınların yerli komissiyası" təşkilatının katibi Səlma Nims qərarın insan haqları və qadın hərəkatı mövqeyindən bir qalibiyyət simvolu olduğunu deyib.
Qeyd edək ki, sözügedən qanunun qüvvədən düşməsi üçün ölkədə qadın haqları aktivistlərilə yanaşı, din alimləri də nümayişlər keçirmişdi. Publika.az