Konsulluğa silahlı hücum

Los- Anceles şəhərində yerləşən Çin konsulluğuna asiya əsilli 60 yaşlarında bir nəfər silahlı hücum edib. Konsulluğa 17 dəfə atəş açan təcavüzkar daha sonra intihar edib. “Olaylar” bildirir ki,  səhər saatlarında baş verən hadisədə yaralanan və həlak olan olmayıb. Çin konsulluğu isə hadisədən  son dərəcə narahat olduqlarını, ABŞ səlahiyyətlilərindən binanın və binada çalışan diplomatların təhlükəsizliyini təmin edəcək zəruri tədbirlərin görülməsini xahiş edib.

Los- Anceles şəhərində yerləşən Çin konsulluğuna asiya əsilli 60 yaşlarında bir nəfər silahlı hücum edib. Konsulluğa 17 dəfə atəş açan təcavüzkar daha sonra intihar edib. "Olaylar" bildirir ki,  səhər saatlarında baş verən hadisədə yaralanan və həlak olan olmayıb.

Çin konsulluğu isə hadisədən  son dərəcə narahat olduqlarını, ABŞ səlahiyyətlilərindən binanın və binada çalışan diplomatların təhlükəsizliyini təmin edəcək zəruri tədbirlərin görülməsini xahiş edib.

Qeyd edək ki, bənzər hadisə 2011-ci ildə da Çin əsilli bir ABŞ vətəndaşı eyni binaya atəş etmişdi. Polis tərəfindən həbs olunmuş və həmin  hadisədə də hər hansı bir yaralanma və həlak olanlar olmamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31