Fətulla Gülənin "əsgər"lərinin məhkəməsi başlandı - VIDEO

Türkiyədə hərbi çevriliş cəhdində suçlanan hərbçilərin məhkəməsi başlanıb. Dünən paytaxt Ankaranın yaxınlığındakı Sincan şəhərindəki məhkəmə binasındakı prosesə 41 sabiq hərbçi gətirilib.  Məhkəmə zalına aparılanlar arasında Kamal Batmaz və Akın Öztürk də vardı. Müttəhimlər kürsüsündə oturan şəxslər hərbi və dövlət çevrilişlərinə cəhdlə yanaşı, qətllər, Konstitusiyanı zorla dəyişmək və dövlət başçısını qətlə yetirmək istəyində suçlanırlar. Sincan həbsxana kompleksində yerləşən və Türkiyənin ən böyük məhkəməsi sayılan binada keçirilən proseslə bağlı ümumilikdə 486 nəfər məsuliyyətə cəlb olunub. Türkiyədə edam cəzası 2004-cü ildə ləğv olunduğundan bu şəxslərin tam əksəriyyətini ömürlük həbs cəzası gözləyir.

Məhkəmə binasının daxilində və ətrafında təhlüksizliyi 1300 hərbçi, jandarm və polis təmin edir. Hərbi çevrilişə cəhdlə bağlı ümumilikdə 1558 nəfər həbs olunub. Ötən ilin iyulun 15-də Türkiyədə dövlət çevrilişə cəhddə 249 nəfər həlak olub. Həmin gündən üzübəri Türkiyədə terrorçu FETÖ qruplaşmasının mənsubu olmaqda şübhəli bilinən 50 min insan həbs olunub, 110 mindən artıq insan dövlət qurumlarındakı vəzifələrindən azad ediliblər. Milli.Az NBC-yə istinadən bildirir ki, onları onlarla xüsusi təyinatlı jandarm və hərbçi müşayiət edirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31