Məsciddə terror

Əfqanıstanın qərbində Herat şəhərində yerləşən Cevadiye məscidində ard-arda silahlı hücumlar baş verib. “Olaylar” bildirir ki, hücumlar nəticəsində 30 nəfər həlak olub. Məscidin giriş hissəsinə yerləşdirilən bomba partladıqdan sonra iki nəfər naməlum silahlı şəxs məscidə daxil olaraq insanlara atəş açıb. Şiələrə məxsus məsciddə 64 nəfərin yaralandığı bildirilir. Yaralıların bəzilərinin İran dövlət xəstəxanasına aparıldığı söylənilir.

Əfqanıstanın qərbində Herat şəhərində yerləşən Cevadiye məscidində ard-arda silahlı hücumlar baş verib. "Olaylar" bildirir ki, hücumlar nəticəsində 30 nəfər həlak olub. Məscidin giriş hissəsinə yerləşdirilən bomba partladıqdan sonra iki nəfər naməlum silahlı şəxs məscidə daxil olaraq insanlara atəş açıb. Şiələrə məxsus məsciddə 64 nəfərin yaralandığı bildirilir. Yaralıların bəzilərinin İran dövlət xəstəxanasına aparıldığı söylənilir. Silahlı hücum nəticəsində məscid tamamilə yararsız hala düşüb. Hadisəni heç bir terror qruplaşması öz üzərinə götürməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31