Gündəm

Almaniya XİN başçısı: “Trampın siyasəti dünyada ciddi qeyri-sabitliyə səbəb olub”

10 Noyabr 2017 15:00

"ABŞ prezidenti Donald Trampın siyasəti dünyada nəhəng qeyri-stabilliyə səbəb olub". Bu bəyanatla Almaniya xarici işlər naziri Ziqmar Qabriel yerli ZDF telekanalında çıxış edib.

"Yemək düşməniniz deyil, dostunuzdur" - Fitness model çox yeyib, arıq qalmağın sirrini açdı

10 Noyabr 2017 14:58

Tanınmış fitness model insanları gün ərzində daha çox yemək yeməyə səsləyib.

Uşaq bağçasından 70 uşaq təxliyə olundu

10 Noyabr 2017 14:52

Moskvanın şimal-şərqində uşaq bağçalarının birində 70 uşaq təxliyə olunub. Buna bağçanın binasında müşahidə olunan tüstülənmə səbəb olub.  Hazırda hadisə yerinə xilasedicilər və yanğınsöndürənlər cəlb edilib. Hadisənin təfərrüatları araşdırılır.

Rusiyanın bu şəhərində fövqəladə vəziyyət elan olundu

10 Noyabr 2017 14:51

Rusiyanın Buryatiya respublikasının Ulan-Ude şəhərində fövqəladə vəziyyət elan olunub. Buna su kollektorunda baş vermiş qəza səbəb olub. Qəza ilə əlaqədar şəhərdə 100 minə yaxın sakin susuz qalıb. Son məlumata görə, 500-ə yaxın yaşayış evinin, 50-yə yaxın sosial obyektin su təchizatı kəsilib.

AST Telmanın əmlakı ilə bağlı QƏRAR VERİLDİ

10 Noyabr 2017 14:48

Azərbaycanlı iş adamı, Rusiyanın məşhur "Çerkizov" bazarının keçmiş sahibi Telman İsmayılovun AST qrupuna daxil olan “Ruslayn 2000” MMC-nin əmlakının satışı üzrə hərracın tarixi müəyyən edilib.

Adam öldürməyə cəhd etdi, başqa cinayəti də üzə çıxdı

10 Noyabr 2017 14:46

Gəncə sakini Qurban Qurbanov cinayət əməllərinə görə saxlanılıb. Modern.az DİN-in mətbuat xidmətinə isitnadən xəbər verir ki, oktyabrın 25-də adam öldürməyə cəhd göstərməkdə şübhəli bilindiyinə görə tutulan Qurban Qurbanovun daha bir ağır cinayət törətməsi də müəyyən edilib.

Qəbiristanlıqda oğurluq

10 Noyabr 2017 14:45

Ağcabədi RPŞ-yə rayon ərazisindəki qəbiristanlıqlardan birindən qəbirlərin kənarlarına çəkilmiş hasarların alüminiumdan olan hissələrinin oğurlanması barədə məlumat daxil olub. DİN Mətbuat Xidmətindən “Olaylar”a bildirlib ki, faktla əlaqədar cinayət işi başlanılıb. Dərhal görülmüş tədbirlərlə bu cinayəti törətməkdə şübhəli bilinən şəhər sakinləri - İsbəndiyar Mirzəyev və Vüqar Şükürov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil veriliblər. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qazax və Ağstafada 5 yol yenidən qurulub

10 Noyabr 2017 14:37

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində Prezident İlham Əliyevin tövsiyyə və tapşırıqlarına əsasən Qazax rayonunda 2, Ağstafa rayonunda isə 3 avtomobil yolu yenidən qurularaq istifadəyə verilib.

"Geosiyasi dəyişikliklərin Türk Şurasının gələcəyinə təsiri" mövzusunda konfrans keçirilib

10 Noyabr 2017 14:36

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə Mərkəzin yaradılmasının 10-cu ildönümünə həsr edilmiş “Geosiyasi dəyişikliklərin Türk Şurasının gələcəyinə təsiri" mövzusunda beynəlxalq konfrans keçirilib. “OLAYLAR”-a SAM-dan bildirilib ki, moderatorunun Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayevanın olduğu “Türk Şurası üçün yaranan fürsətlər və çağırışlar” mövzusundakı paneldə Türkdilli Ölkələrin Parlament Assambleyası baş katibinin müavini Kürşad Melih Sarıaslan, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, SAM-ın İqtisadiyyatın təhlili şöbəsinin Elmi işçi Mahir Hümbətov, Türkiyənin Beykənt Universitetinin müəllimi Kazım Sarı, Beynəlxalq Türk Akademiyasının eksperti Timur Kozırev və Türk Şurasının nümayəndəsi Pelin Musabəy çıxış edib.

Bakı-Tbilisi-Qarsa yeni alternativ yaradılır?

10 Noyabr 2017 14:29

Azərbaycanın bilavasitə iştirakı ilə bir müddət öncə istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə beynəlxalq maraq artdıqca və bu layihədə iştirak etməyə yönəlik təşəbbüslər çoxaldıqca bəzi dövlətlərdə bu narahatçılıq hissi yaradır. Xüsusilə, bu narahatçılıq özünü şimal qonşumuzda ciddi şəkildə göstərir.

İran-Suriya: Əməkdaşlığın yeni mərhələsi

10 Noyabr 2017 14:23

Bəşər Əsədin ona qalib gəlməkdə yardım edən ölkələrə - Rusiya və İrana borcunu qaytarmaq istiqamətində atdığı addımlar haqqında xəbərlər gəlməkdədir. Suriyanın Rusiya və İranla milyardlarla dollar qiyməti olan müqavilələr bağlaması haqqında “Əlcəzirə” portalında məlumat verilib. Siyasi Elmlər üzrə Fəlsəfə Doktoru, Konfliktoloq Əlimusa İbrahimovun sözlərinə görə, təbii ki, bütün münaqişə və müharibələrin sonu olduğu kimi Suriyada baş verən vətəndaş müharibəsi və beynəlxalq siyasi münaqişənin sonu gec-tez gəlməli idi.

Milli atributlarımıza qarşı hər kəs ən ciddi şəkildə bütün etiketləri gözləməlidir

10 Noyabr 2017 14:21

Ötən gün Azərbaycan öz milli atributlarından biri olan Bayraq Gününü qeyd etdi. Paytaxtdan tutmuş bölgələrə, hətta ucqar dağ kəndlərinə qədər hər bir yerdə, məkanda qürur mənbəyimiz sayılan Bayraq Günü qeyd olundu.

Suriyada sülh yaratma cəhdləri boşa çıxır

10 Noyabr 2017 14:20

Rusiya Yaxın Şərqdə, xüsusilə Suriyada möhkəmlənmək, öz maraqlarını təmin etmək üçün müntəzəm olaraq müəyyən manevrlər edir, müxtəlif formatda görüşlər, toplantılar təşkil edərək bu ölkədə əsas fiqur olduğunu isbatlamağa çalışır. Kreml belə formatlardan birini yaxın günlərdə reallaşdırmağı düşünürdü. Məlumata görə, Rusiya Federasiyası noyabrın 18-də Soçidə Suriya xalqlarının konqresini təşkil etmək istəyirdi. Lakin müəyyən səbəblərdən həmin görüş ertələndi.

Nəsimi rayonunda “Bayrağımız-kimliyimiz, mənliyimiz və qürur mənbəyimiz” adlı tədbir keçirilib

10 Noyabr 2017 14:14

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 9 noyabr – Bayraq gününə həsr edilmiş silsilə tədbirlər davam edir. Noyabr ayının 8-də Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Nizami Kino Mərkəzində rayon ictimaiyyəti nümayəndələrinin, ağsaqqalların, vətən müharibəsi veteranlarının, orta və məktəbəqədər təhsil müəssisələri kollektivlərinin, rayon ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrinin tələbələrinin, qeyri hökmət təşkilatlarının, idmançıların və çox saylı qonaqların iştiraki ilə “Bayrağımız-kimliyimiz, mənliyimiz və qürur mənbəyimiz” adlı tədbir keçirilib.

Azərbaycanın gəlir mənbələrinin içərisində RTQ-nın xüsusi yeri var

10 Noyabr 2017 14:12

“Bakı-Tbilisi-Qars (BTQ) regional layihədir. Bu layihənin reallaşması Azərbaycanın təşəbbüsü ilə həyata keçirilib. Praktiki olaraq Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində BTQ dəmir yolu xəttinin reallaşması mümkün oldu”. Bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib.