Bakı-Tbilisi-Qarsa yeni alternativ yaradılır?

Azərbaycanın bilavasitə iştirakı ilə bir müddət öncə istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə beynəlxalq maraq artdıqca və bu layihədə iştirak etməyə yönəlik təşəbbüslər çoxaldıqca bəzi dövlətlərdə bu narahatçılıq hissi yaradır. Xüsusilə, bu narahatçılıq özünü şimal qonşumuzda ciddi şəkildə göstərir.

BTQ-yə olan beynəlxalq maraq bir sıra ölkələri narahat etməyə başlayıb

Azərbaycanın bilavasitə iştirakı ilə bir müddət öncə istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə beynəlxalq maraq artdıqca və bu layihədə iştirak etməyə yönəlik təşəbbüslər çoxaldıqca bəzi dövlətlərdə bu narahatçılıq hissi yaradır. Xüsusilə, bu narahatçılıq özünü şimal qonşumuzda ciddi şəkildə göstərir. Hələ Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi gündəmə gələrkən Moskva bundan narahatçılığını ifadə etmişdi ki, bunun da səbəbi bəlii idi. Belə ki, Bak-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsi Rusiya ərazisindən tranzit kimi istifadə hallarını minimuma endirəcəkdi. Həm maddi, həm də zaman baxımından Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rentabelli olması layihə istifadə verildikdən sonra ona qoşulanların sayının artacağından xəbər verirdi. Elə xəttin rəsmi açılış mərasimində iştirakçı dövlətlər olan Azərbaycan, Türkiyə və Gürcüstanla yanaşı Özbəkistan, Qazaxıstan və Türkmənistanın da burada iştirakı deyilənləri təsdiqləyirdi. Təbii ki, bu amil Kremli adekvat addımlar atmaq məcburiyyətində qoyurdu. Daha doğrusu Rusiyanın tranzit imkanlarını yenidən artırmaq məqsədilə alternativ variantlar üzərində işlədiyi və onu tezliklə təqdim edəcəyi şübhə doğrumurdu. Beləliklə, Rusiya nəzərdə tutduğu planı açıqladı. Belə ki, noyabrın 9-da Rusiyanın Çelyabinski şəhərində Rusiya Fedrasıyası və Qazaxısatan Respublikasının regeonlararası əməkdaşlıq üzrə 14-cü Forum keçirildi. Və həmin plenar iclasın sonunda Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bakı-Tibilisi-Qars dəmiryoluna alternativ olacaq yeni marşrutu elan etdi. Putinin qeyd etiyi nəqliyyat dəhlizi Çin-Qazaxıstan və Rusiya ərazisindən keçməklə, Avropaya uzanacaq yeni dəmir yol xəttidir. Putin bu yeni nəqliyyat dəhlizindən söz açaraq qeyd edib:"Çindən Rusiya və Qazaxıstan əraziləri vasitəsilə Avropaya yeni dəmir yolunun işə salınması ölkələrin sənayesinə və logistikasına müsbət təsir edəcək". Həmçinin Kreml rəhbəri yeni yol layihə haqqında fikirlərinə davam etməklə vurğulayıb: "Mən Çin Xalq Respublikasından Qazaxıstan və Rusiya vasitəsilə Avropaya dəmiryolu magistralının böyük tikinti layihəsinin mümkün reallaşdırılması haqqında Nursultan Abişeviçin (Nazarbayevin) dediklərinə qoşuluram. Bu, istehsalın bütöv sahələrinin inkişafında çox yaxşı stimul ola bilərdi", deyə o vurğulayıb. Göründüyü kimi Putin Bakı-Tibilisi -Qars dəmiryoluna alternativ dəmir yol çəkməklə bu lahiyənin önəmini artırmağa çalışır. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Çin və Qazaxıstan Rusiya ilə ciddi siyasi-iqtisadi əlaqələrə malik ölkədir. Onun sözlərinə görə, əgər Putin yeni dəmir yolunu işə salarsa, Çin və Qazaxıstan öz yüklərini bu yoldan istifadə etməklə Avropaya göndərə bilər: "Rusiya çox yaxşı bilir ki, Bakı-Tbilisi-Qars regionda Qərbin lahiyəsidir. Bakı-Tbilisi-Qars dəmiryolu dəhlizi Rusiyadan yan keçməklə Çin və Mərkəzi Asiya dövlətlərinin yüklərini bu marşut vasitəsilə Avropaya daşınmasını təmin edir.Hazırda Rusiya hər vəchlə çalışacaq ki, Bakı-Tbilisi-Qars dəmiryolunun iqtisadi rentabilliyini aşağı salsın. Qazaxıstan və digər ölkələr Mərkəzi Asiya ölkələri Rusiyanın bu yeni lahiyəsinə qarşı gəlməyəcəyi aydındır. Amma Türkiyə Mərkəzi Asiya ölkələri ilə diplomatik siyasi fəaliyyətə genişləndirsə bunun qarşısın almaq olar. Avropanın da Putinin bu siyasətinə qarşı əks mövqe ortaya qoyacağı şübhəsizdir". Politoloq deyib ki, rəsmi Kremli ciddi narahat edən Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu hazırda gerçəkləşib: "Kremlin cəhdlərinə baxmayaraq bu layihə geoiqtisadi əhəmiyyət kəsb edən siyasi layihədir. Rusiyanın alternativ kimi irəli sürdüyü marşrut nə qədər cəlbedici olsa da, Avropa və Birləşmiş Ştatlar Bakı-Tbilisi- Qars dəmiryoluna üstünlük verəcək. Qazaxıstan prezidenti bu layihənin ideya müəllifidirsə, görünür burada Rusiyanın müəyyən təzyiqləri rol oyanayıb. Nursultan Nazarbayevin bu siyasəti Türk dövlətləri arasında siyasi əməkdaşlığa zərbə vura bilər".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31