Azərbaycanda ehtiyac meyarı artırılacaq
12:09 İqtisadiyyat2027-ci il üçün Azərbaycanda ehtiyac meyarının həddi 314 manat müəyyən edilib.
Bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsində əksini tapıb.
Sənədə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2027-ci il üçün ehtiyac meyarının həddi 314 manat məbləğində təsdiq edilib. Bu, 2026-cı illə müqayisədə 14 manat, yaxud 4,6 faiz çox olacaq.
Qeyd edək ki, qanun 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31