Gündəm
Hava paytaxtda buludlu, bölgələrdə yağmurlu olacaq
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Azərbaycan Prezidenti Gəncədə “Grand Qafqaz” Ticarət Kompleksinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 10-da Gəncədə “Grand Qafqaz” Ticarət Kompleksinin açılışında iştirak edib. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Prezident İlham Əliyevə “Grand Qafqaz” Ticarət Kompleksi barədə məlumat verdi.
Prezident İlham Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin yeni inşa olunan yataqxana kompleksinin açılışını edib
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 10-da Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri üçün yeni inşa edilmiş 514 yerlik yataqxana kompleksinin açılışında iştirak edib.
Prezident İlham Əliyev Gəncə şəhər 1 saylı tam orta məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 10-da İsmət Qayıbov adına Gəncə şəhər 1 saylı tam orta məktəbin binasında aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
Amerika Rusiya və Hindistan arasında GƏRGİNLİK YARATDI
Rusiya və Hindistan arasında ciddi gərginlik yaşanıla bilər. Rusiyalı hərbiçilər hindistanlı həmkarlarının “dost”luqlarından şübhələnirlər. Belə ki, ötən həftə ABŞ Hərbi Dəniz Donanmasının nümayəndələri Hindistanda səfərdə olublar. Səfər zamanı hind həmkarları onları Rusiyada istehsal olunan 971И Şyuka (ЩУКА) layihəsi olan "Çakra " atom sualtı qayığını göstəriblər. Ziyarətdən xəbər tutan Rusiya hadisə ilə əlaqədar ciddi narahatçılığını ifadə edib. Belə ki, Rusiya Amerika nümayəndə heyyətinin üzvləri arasında yüksək səviyyəli hərbi mütəxəssilərin ola biləcəyindən, bununla da ABŞ- ın rus hərbi texnologiyaları ilə əlaqədar çox şey öyrənmələrindən narahatdır.
Zaqatala rayonunda Milli Qəhrəmanın ailəsinə fərdi yaşayış evi təqdim olunub
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Zaqatala rayonunun Dağlı kəndində inşa etdirilmiş müasir tələblərə uyğun fərdi yaşayış evi Azərbaycanın Milli Qəhrəmanı Natiq Məmmədovun ailəsinə təqdim edilib.
27 nəfər timsahlara YEM OLDU
Malayziyanın Sabah ştatında faciə baş verib. Belə ki, yaxınlıqdakı tikintidə çalışan fəhlə bazar günü balıq tutmağa gedib, ancaq geri qayıtmayıb. Onun bir neçə gün ərzində geri dönmədiyni görən yaxınları polisə xəbər veriblər.
Körfəz ölkələrində Azərbaycanın turizmi təbliğ edilir
Körfəzi ölkələrində Azərbaycanın turizm potensialının tanıdılması, ölkəmizə turist axının daha da artırılması çərçivəsində 2017-ci il ərzində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mütəmadi layihələr və təqdimatlar keçirilir. “OLAYLAR”-ın xəbərinə görə, növbəti təqdimat Nazir Əbülfəs Qarayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin təşkilatçılığı ilə Bahreyndə baş tutub.
Diaspor rəhbəri Misirdə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb
“Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyində Misirdə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən “OLAYLAR”-a bildirilib ki, təşkilatın sədri, tədqiqatçı alim Seymur Nəsirov dərs ilinə yeni başlayan tələbələrin problemləri ilə maraqlanıb və onlara tövsiyələrini verib. Təşkilat rəhbəri eyni zamanda gənclərin hava limanında qarşılanması və müvəqqəti yaşayış yeri ilə təmin olunmasını təşkil edib, eləcə də sənədlərinin tamamlanması işində yardım göstərib.
Ermənistan ordusunda növbəti rüşvət faktı: hərbçilər üçün tikilən mənzillər pulla satılır
Ermənistan silahlı qüvvələrində neqativ hallar baş alıb gedir. Noyabrın 15-də hərbi qulluqçular üçün tikilən mənzillər hərbçilərə veriləcək. Xəbər sosial şəbəkələrdə böyük rezonans doğurub. Buna səbəb isə odur ki, həmin mənzillərə ermənistanlı hərbçilər yalnız rüşvət verməklə sahib ola bilərlər.
Prezident İlham Əliyev “Gəncə Mall” Ticarət Mərkəzində yaradılan şəraitlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 10-da “Gəncə Mall” Ticarət Mərkəzində yaradılan şəraitlə tanış oldu. Dövlətimizin başçısına ticarət mərkəzində yaradılan şəraitlə bağlı məlumat verildi. Bildirildi ki, Heydər Əliyev prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerləşən “Gəncə Mall”un inşasına 2014-cü ilin avqust ayında başlanılıb və 2017-ci ilin oktyabr ayında tikinti işləri başa çatdırılıb.
Azərbaycan Prezidenti Gəncədə hotel tikintisi ilə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 10-da Gəncəyə səfəri çərçivəsində “Majestic Palace” hotelinin tikintisi ilə tanış olub. Dövlətimizin başçısına tikinti işlərinin gedişi ilə bağlı məlumat verildi.
Prezident İlham Əliyev Gəncə Dövlət Filarmoniyasının yeni binasının açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 10-da Gəncə Dövlət Filarmoniyasının yeni binasının açılışında iştirak edib. Bu mədəniyyət ocağının təməli Prezident İlham Əliyev tərəfindən 2012-ci ildə qoyulub. Burada inşaat işləri 2017-ci ilin noyabrında başa çatdırılıb. Dövlətimizin başçısı filarmoniyanın rəmzi açılışını bildirən lenti kəsdi və bina ilə tanış oldu.
20 minlik qüvvə Rusiya sərhədlərinə göndərilir - ABŞ-dan YENİ PLAN
ABŞ ən yaxın günlərdə BMT-nin 20 minlik sülhməramlı qüvvəsinin Donbasda yerləşdirilməsi üzrə planı təklif edəcək. Bu haqda öz diplomatik mənbələrinə istinadən “The Wall Street Journal” yazıb. Bundan başqa, nəşrin məlumatına görə, Donald Tramp administrasiyası Ukraynaya ölümcül silahların çatdırılmasını bəyənib. Bura həmçinin, “Javelin” tank əleyhinə komplekslər də daxildir. Silahların çatdırmasının vaxtı haqqında qərar hələ qəbul edilməyib.
Afrika İttifaqı-Azərbaycan əməkdaşlığı genişlənir
Xarici işlər naziri Elmar Məmmədyarov Efiopiyaya səfəri çərçivəsində Afrika İttifaqının İqtisadi məsələləri üzrə komissarı Viktor Harrison və Sosial məsələləri üzrə komissarı Amira Elfadil ilə görüşüb. XİN-dən “Olaylar”a verilən məlumata görə, görüşdə Afrika İttifaqı ilə Azərbaycan arasında siyasi, iqtisadi, logistika, elm-texnika, təhsil, gənclər siyasəti, idman və təhsil sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğu bildirildi.




.jpg)





