Körfəz ölkələrində Azərbaycanın turizmi təbliğ edilir

Körfəzi ölkələrində Azərbaycanın turizm potensialının tanıdılması, ölkəmizə turist axının daha da artırılması çərçivəsində 2017-ci il ərzində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mütəmadi layihələr və təqdimatlar keçirilir. “OLAYLAR”-ın xəbərinə görə, növbəti təqdimat Nazir Əbülfəs Qarayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin təşkilatçılığı ilə Bahreyndə baş tutub. 

Körfəzi ölkələrində Azərbaycanın turizm potensialının tanıdılması, ölkəmizə turist axının daha da artırılması çərçivəsində 2017-ci il ərzində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mütəmadi layihələr və təqdimatlar keçirilir. "OLAYLAR"-ın xəbərinə görə, növbəti təqdimat Nazir Əbülfəs Qarayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin təşkilatçılığı ilə Bahreyndə baş tutub. 

Tədbirdə "Gulf Air" şirkətinin direktoru Valed Abdul Hameed Əl-Əlavi, Azərbaycanın İran Körfəzi ölkələri üzrə turizm nümayəndəliyinin rəhbəri Rəşid əl-Nuri, 50-dən çox turizm şirkətinin və mehmanxananın rəhbərləri, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.

Təqdimatda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın turizm sahəsinin son illər sürətlə inkişaf etdiyini, ölkəyə gələn turistlərinin sayının nəzərəçarpan dərəcədə artdığını, xüsusən ərəb ölkələri turistləri üçün ölkəmizin cəlbedici olmasını qeyd edib. Nazir çıxışında Bəhreyn turistlərinin ölkəmizə daha çox səfər etməsində maraqlı olduğunu, Azərbaycanın bu ölkədən olan turistlərin də sayının artırılması üçün hər cür imkanların olduğunu, ölkəmizin təbliğatının genişlənəcəyini qeyd etmiş, təqdimatda iştirak edən turizm sənayesi nümayəndələrini bu əməkdaşlıqda aktiv fəaliyyətə dəvət edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31