Amerika Rusiya və Hindistan arasında GƏRGİNLİK YARATDI
Rusiya və Hindistan arasında ciddi gərginlik yaşanıla bilər. Rusiyalı hərbiçilər hindistanlı həmkarlarının “dost”luqlarından şübhələnirlər. Belə ki, ötən həftə ABŞ Hərbi Dəniz Donanmasının nümayəndələri Hindistanda səfərdə olublar. Səfər zamanı hind həmkarları onları Rusiyada istehsal olunan 971И Şyuka (ЩУКА) layihəsi olan "Çakra " atom sualtı qayığını göstəriblər. Ziyarətdən xəbər tutan Rusiya hadisə ilə əlaqədar ciddi narahatçılığını ifadə edib. Belə ki, Rusiya Amerika nümayəndə heyyətinin üzvləri arasında yüksək səviyyəli hərbi mütəxəssilərin ola biləcəyindən, bununla da ABŞ- ın rus hərbi texnologiyaları ilə əlaqədar çox şey öyrənmələrindən narahatdır.
10 Noyabr 2017 13:56 DünyaRusiya və Hindistan arasında ciddi gərginlik yaşanıla bilər. Rusiyalı hərbiçilər hindistanlı həmkarlarının "dost"luqlarından şübhələnirlər. Belə ki, ötən həftə ABŞ Hərbi Dəniz Donanmasının nümayəndələri Hindistanda səfərdə olublar. Səfər zamanı hind həmkarları onları Rusiyada istehsal olunan 971И Şyuka (ЩУКА) layihəsi olan "Çakra " atom sualtı qayığını göstəriblər. Ziyarətdən xəbər tutan Rusiya hadisə ilə əlaqədar ciddi narahatçılığını ifadə edib. Belə ki, Rusiya Amerika nümayəndə heyyətinin üzvləri arasında yüksək səviyyəli hərbi mütəxəssilərin ola biləcəyindən, bununla da ABŞ- ın rus hərbi texnologiyaları ilə əlaqədar çox şey öyrənmələrindən narahatdır.
Qeyd edək ki, "Çakra" sualtı qayığı Hindistana lizing ilə 2011 ci ildə Rusiya tərəfindən 10 illik müddətdə icraya verilib və rus tərəfi də bu hadisəni dostluğa uyğun olamyan hərəkət kimi qiymətləndirib.
Bir müddət öncə qəza keçirən qayıq, hazırda təmirdədi. Qəzanın ilkin səbəbləri açıqlanmayıb.
Xəbəri Olaylar.az- ın Türkiyə bürosu yayıb.