İranda ağır qəza: 11 nəfər öldü, 19 nəfər yaralandı

Mormuri-Dəşt Abbas avtomobil yolunda sərnişin avtobusunun aşması nəticəsində 11 nəfər həyatını itirib, 19 nəfər yaralanıb.Milli.Az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hüseyn Kermanpur "X" sosial şəbəkəsində məlumat yayıb.Bildirilib ki, yaralılar müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Açıqlamada yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında hər kəsin məsuliyyət daşıdığı vurğulanıb. Sürücülərin sükan arxasında diqqətli və məsuliyyətli davranmasının yol təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31