Rəşad Məcidə ağır itki – Anası Yavər xanım vəfat etdi
10:46 Sosial49 15.11.2026 10:22 Ölkə A A
Azərbaycanın tanınmış jurnalisti, yazıçı və şair, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib.
Rəşad Məcidin anası Yavər xanım dünyasını dəyişib.
Yavər xanım Qarabağla, doğma Ağdamla bağlı xatirələri, mütaliəyə sevgisi və ədəbiyyata marağı ilə tanınırdı. Onun "525-ci qəzet"də dərc edilmiş "Anamın tikiş maşını" adlı yazısında doğma yurda həsrət və keçmişin xatirələri əks olunmuşdu...
Yavər xanımın yas mərasimi (3-7) Bakıda keçiriləcək.
Olaylar-ın kollektivi Rəşad Məcidə və ailə üzvlərinə dərin hüznlə başsağlığı verir, mərhuməyə Allahdan rəhmət diləyir.
Allah rəhmət eləsin!
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31