Bakıda Moldovanın Müstəqillik Günü qeyd edildi - FOTO

Bakıda Moldova Respublikasının Müstəqilliyinin 35-ci ildönümünə həsr olunmuş rəsmi qəbul mərasimi keçirilib.

Olaylar xəbər verir ki, tədbir Azərbaycan və Moldova Respublikasının Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayıb.

Moldova Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenko çıxış edərək ölkəsinin müasir tarixi, Azərbaycan-Moldova münasibətləri və ikitərəfli əməkdaşlığın əsas istiqamətləri barədə danışıb.

Səfir qeyd edib ki, Moldova 27 avqust 1991-ci ildə öz müqəddəratını müəyyən etmək hüququnu təsdiqləyərək müstəqilliyini elan edib.

Diplomat Azərbaycan ilə Moldova arasında münasibətlərin artan templə inkişaf etdiyini bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında enerji, ticarət, investisiya, kənd təsərrüfatı, nəqliyyat və infrastruktur sahələrində əməkdaşlıq mövcuddur.

Səfir Azərbaycan-Moldova dostluğunun və əməkdaşlığının daha da möhkəmlənməsinin vacibliyini vurğulayıb.

Azərbaycan hökuməti adından çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov Moldova Respublikasının Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevin təbriklərini və xoş arzularını çatdırıb.

Nazir bildirib ki, Azərbaycan və Moldova arasında 30 ildən artıq müddətdə formalaşan münasibətlər müxtəlif sahələrdə dinamik inkişaf üçün möhkəm zəmin yaradıb.

İki ölkə arasında hüquqi bazanın formalaşdırılması istiqamətində görülən işlərdən danışaraq, indiyədək Azərbaycan və Moldova arasında 68 sənədin imzalandığını qeyd edib.

Qeyd edək ki, tədbirdə diplomatik korpusun nümayəndələri, dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Medial

Medial

Medial

Medial

Medial

Medial

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31