Gündəm

Jurnalistlərdən yol polislərinə hədiyyə

10 Noyabr 2017 13:16

Noyabrın 9-da Parlament Jurnalistləri Birliyinin təşkilatçılığı ilə qurumun 20 nəfər üzvü Bayraq günü ilə bağlı Quba, Qusar və Xaçmazda olub.“Olaylar”ın məlumatına görə, jurnalistlər Quba, Qusar və Xaçmazda yerli sakinlərlə görüşərək, onlara Azərbaycan bayrağı ilə bağlı məlumat veriblər. Səfər zamanı jurnalistlər yerli sakinlərə bayraqlar da hədiyyə ediblər. Jurnalistlər səfərdən geri qayıdarkən Bakı-Quba yolunda yerləşən Saray postuna gedərək, Dövlət Yol Polisi əməkdaşlarına bayraq həddiyə ediblər.

Elmar Məmmədyarov Afrika İttifaqının Sülh və Təhlükəsizlik məsələləri üzrə komissarı ilə görüşüb

10 Noyabr 2017 13:15

Xarici işlər naziri Elmar Məmmədyarov Efiopiyaya səfəri çərçivəsində Afrika İttifaqının Sülh və Təhlükəsizlik məsələləri üzrə komissarı cənab Smail Şərqi ilə görüşüb. Xİn-dən “Olaylar”a verilən məlumata görə, görüş zamanı Azərbaycanın Afrika İttifaqı yanında müşahidəçi statusu qismində təşkilatla əlaqələrinin genişlənməsi və yüksək səviyyəli qarşılıqlı səfərlərin mübadiləsi ilə əlaqədar məmnunluq ifadə olundu.

Keçən ay SOCAR dövlət büdcəsinə 136 milyon 952 min manat vəsait ödəyib

10 Noyabr 2017 13:14

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2017-ci ilin oktyabr ayında dövlət büdcəsinə 136 milyon 952 min manat vəsait ödənilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu göstərici 2016-cı ilin oktyabr ayı ilə müqayisədə 11 milyon 607 min manat və ya 9,3 faiz çoxdur.Ümumiyyətlə, cari ilin yanvar-oktyabr aylarında büdcəyə 1 milyard 302 milyon 630 min manat vəsait ödənilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 152 milyon 440 min manat və ya 13,3 faiz çoxdur. 

Bilik Fonduna Rusiya Təhsil və Elm Nazirliyindən dəstək

10 Noyabr 2017 13:09

Bilik Fonduna Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin və A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun "Puşkin İnstitutu" Tərəfdaşlıq Şəbəkəsinin həqiqi üzvlüyünü təsdiqləyən Sertifikatı təqdim edilib.

Səidə Taciri yıxıb-sürüdü: "Eləsinin başını kəsəsən"

10 Noyabr 2017 13:03

Heç vaxt ərə getmək üçün özümü öldürmürəm. Elə-belə kişiyə ərə getməyəcəm. Mənim ailə quracağım oğlan zəif olmamalıdır.Bu sözləri müğənni Səidə Sultan "Səhər-səhər"  verilişində deyib. Sənətçi ona ünvanlanan "Niyə ailə qurmursan" sualına əsəbiləşib: "Bilirəm ki, yaş gedir. Elə zəmanədə yaşayırıq ki... Bu saatda ürəyim istəyəni edib ərə getmək mənim üçün problem deyil. Amma o ailədən ailə olmayacaq. Elə ad olsun ki, Səidə də ərə getdi? İnsan kasıb da olar, hər şey pul deyil. Əsas odur ki, kişi mən istəyən olsun. Bəsdirin ərə getməkdən danışdınız". 

Bakıda biznes mərkəzi yanır - VİDEO YENİLƏNDİ

10 Noyabr 2017 12:59

Bakıda biznes mərkəzində yanğın başlayıb. Paytaxtın Nərimanov rayonu ərazisində yerləşən "AFEN Plaza"-nın 6-cı mərtəbəsində başlayan yanğın bütün mərtəbələri bürüyüb. Hazırda hadisə yerinə Fövəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Eldar Mahmudov yenidən Baş Prokurorluğa çağırıldı

10 Noyabr 2017 12:47

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov dindirilməsi üçün yenidən Baş Prokurorluğa çağırılıb. E.Mahmudov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşı barədə başlanmış cinayət işi üzrə dindirilməsi üçün istintaqa çağrılıb. Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov  faktı təstiqləyib.

Zarafat qanla bitdi - Yevlaxdakı dəhşətli qətlin ŞOK TƏFƏRRÜATI

10 Noyabr 2017 12:42

Çayxanada qətl törətməkdə təqsirli bilinən Yevlax şəhər sakini, 1992-ci il təvəllüdlü Sadiq Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Sadiq Məmmədov 11 avqust 2016-ci il tarixdə, günorta saatlarında Yevlax şəhəri Q.Quliyev küçəsində yerləşən və əvvəllər ofisiant kimi işlədiyi “Şahin” adı ilə fəaliyyət göstərən çayxanaya gəlib.

Qurban Qurbanov: "Problemlərimiz həddən artıq çoxdur"

10 Noyabr 2017 12:40

Azərbaycan milli komandasının yeni baş məşqçisi Qurban Qurbanov 21 yaşadək yığmamızın evdə Almaniyaya 0:7 hesablı məğlub olduğu görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb.

Türkiyənin diplomatik jurnalı Qarabağdan yazıb

10 Noyabr 2017 12:40

Türkiyədə diplomatik dairələr üçün türk və ingilis dillərində nəşr olunan “Diplomatic Observer” jurnalının 2017-ci il noyabr sayında Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi haqqında məqalə dərc edilib. “OLAYLAR”-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib ki, yazının müəllifi Türkiyə Azərbaycan Dərnəyinin sədr müavini Əhməd Gəncəxan Babişdir.

Bakıda ağır qəza: 2 polis öldü

10 Noyabr 2017 12:26

Bu gün saat 07 radələrində Bakıda dəhşətli yol qəzası baş verib. Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayına məxsus olan 90 AP 23 dövlət qeydiyyat nişanlı "FİAT Doblo" markalı xidməti avtomobil idarəetmədən çıxaraq hasara çırpılıb. 

Boşanan ailələrdə uşaq kiminlə yaşamalıdır?

10 Noyabr 2017 12:23

Azərbaycanda Ailə Məcəlləsinə dəyişiklik edilməsi gözlənilir. Qeyd edək ki, sözügedən sənədə olunan dəyişikliklərdən biri boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması ilə bağlıdır. Dəyişikliyə görə isə bundan sonra məhkəmə həm də uşaq həmin valideynin yanında deyildirsə, onun digər valideyndən alınıb, yanında qalması müəyyən edilən valideynə verilməsi məsələsini həll etməlidir. Məcəlləyə təklif edilən digər dəyişikliyə görə, məhkəmənin qətnaməsi qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

Erməni dilçiliyinin saxta bünövrəsini darmadağın edən əsər

10 Noyabr 2017 12:21

İllər keçdikcə zaman-zaman xristian həmrəyliyinindən istifadə edərək böyük dövlətlərin kölgəsində yaşamaqda davam edən "erməni" dediyimiz  hayların saxta tarixinə həsr edilmiş “mənbələr”in  əsl mahihəti üzə çıxır.

Prezident İlham Əliyev Gəncə şəhərinə səfərə gəlib

10 Noyabr 2017 12:14

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 10-da Gəncə şəhərinə səfərə gəlib. Əvvəlcə dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoydu.

Ərdoğan-Putin görüşündən GÖZLƏNTİLƏR

10 Noyabr 2017 12:13

"Sevindirici haldır ki, Türkiyə hər zaman yüksək səviyyəli görüşlərdə Dağlıq Qarabağ münaqişəsini gündəmə gətirir və problemin müzakirəsini həyata keçirir. Bildiyiniz kimi bu günlərdə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı ilə görüşündə müzakirə ediləcək məsələlərdən birincisi elə məhz Dağlıq Qarabağ münaqişəsi olacaq”. Bunu Milli Məclisin deputatı Asim Mollazadə Rusiya və Türkiyə prezidentlərinin görüşünün DQ münaqişəsinin həllinə təsirini şərh edərkən deyib.