Bakıda biznes mərkəzi yanır - VİDEO YENİLƏNDİ
Bakıda biznes mərkəzində yanğın başlayıb. Paytaxtın Nərimanov rayonu ərazisində yerləşən "AFEN Plaza"-nın 6-cı mərtəbəsində başlayan yanğın bütün mərtəbələri bürüyüb. Hazırda hadisə yerinə Fövəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
10 Noyabr 2017 12:59 SosialFövqəladə Hallar Nazirliyi Bakıda biznes mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda "AFEN PLAZA" biznes mərkəzinin dam örtüyündə yanğın müşahidə olunur. Hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir. Yanğının söndürülməsi istiqamətində işlər və digər xilasetmə tədbirləri həyata keçirilir. Əlavə məlumat veriləcək.
***
Bakıda biznes mərkəzində yanğın başlayıb. Paytaxtın Nərimanov rayonu ərazisində yerləşən "AFEN Plaza"-nın 6-cı mərtəbəsində başlayan yanğın bütün mərtəbələri bürüyüb. Hazırda hadisə yerinə Fövəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər aparılır. Publika.az