Gündəm
Məşhur rus yazıçısı vəfat etdi
Rusiyanın məşhur yazıçı-satiriki Mixail Zadornov 70 yaşında vəfat edib. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Yazıçının ölümü ilə bağlı rəsmi məlumat yayılmayıb.
İraqda kimsəsizlər evində olan 20-dək uşaq Bakıya göndəriləcək
“İraqda kimsəsizlər evində qalan 20-ə yaxın azərbaycanlı uşaq yaxın günlərdə Azərbaycana göndəriləcək”. Bunu Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili Ramiz Qafarov deyib. R. Qafarov bildirib ki, hazırda sənədləşmə işləri aparılır. Onun sözlərinə görə, uşaqların Azərbaycanda qohumlarının olub-olmadıqlarına dair hələ məlumat yoxdur: “Həmin uşaqlarla görüşmüşük. Yaxın günlərdə onları ölkəmizə göndərəcəyik”.
Azğın qocanın Bakı macəraları - “Yanlış anlama”dım...
Bu günlərdə Türkiyə və Azərbaycan aktyorlarının çəkildiyi “Yanlış anlama” filminin təqdimatı oldu. Ssenaridə kəskin çatışmazlıqlar yer alıb. Baxmayaraq ki, filmin treyleri 2-3 milyon dəfə izlənilib, ancaq ekran işi bəsit zarafatlar üzərində qurulub. Azərbaycan və Türk sözlərininin bir ölkədə yaxşı, digərində isə pis mənaya gəldiyini anladan ssenarist cılız, 2009-cu ildə yazılan feysbuk statuslarından istifadə edib.
"Faytonçu" Nazimi əməliyyat edən həkimlə bağlı məhkəmə QƏRAR VERDİ
“Elmed” klinikasının cərrahı Elman Əzimovun əmlakının üzərinə qoyulmuş həbslə bağlı məhkəmə qərarından verilən apelyasiya şikayətinə baxılıb. Bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Vüsalə Baxışovanın sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub. Qərara görə, apelyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı qərarda ləğv edilib.
İrəvanda əsgərliyə getmək istəməyən tələbələr aksiya keçirir
Ermənistanın paytaxtı İrəvanda “Hərbi xidmət haqqında” yeni qanun layihəsinə qarşı etiraz edən tələbələrin aksiyası davam edir. İrəvan Dövlət Universitetinin əsas binasının qarşısına gələn tələbələr dərslərdə iştirak etməkdən imtina ediblər. “Elmin İnkişafı Naminə” təşəbbüs qrupunun üzvü David Petrosyan bildirib ki, etiraz edən tələbələrin sayı durmadan artır: “ Sıralarımızı daha da gücləndirməliyik. Parlament bu gün “Hərbi xidmət haqqında” yeni qanun layihəsini müzakirə edəcək. Biz bu müzakirədə iştirak etməliyik”. Hazırda tələbələr İrəvan Dövlət Universitetinin bütün korpuslarından keçməklə yürüş edirlər. Aksiya artıq dörd gündür davam edir.
NASA Yerə bənzər peyk aşkarladı
Saturn planetinin Entselade peykində həyat üçün vacib olan şərait imkanları aşkarlanıb. NASA mütəxəssisləri bu peykdə canlı orqanizmin varlığı üçün mühüm imkanların olduğunu bildiriblər. “Cassini” kosmik aparatı vasitəsilə Entselade peykindəki şəraiti öyrənən mütəxəssislər burada hidrogen, karbondioksid, su buxarı, metan və digər qazlar aşkar ediblər.
Bakı məktəblisi Avropa çempionatının qalibi olub
Paytaxt məktəblisi Avropa çempionatında I yeri tutub. “OLAYLAR”-ın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 189-190 nömrəli tam orta məktəbin X sinif şagirdi Fərid Ağayev Fransanın Paris şəhərində karatenin vado-kai növü üzrə 45-ci Avropa çempionatında təkbətək döyüşlərdə bütün rəqibləri üzərində qələbə qazanıb.
Tarkandan qadınlara DƏSTƏK
Məşhur türk müğənnisi Tarkan ötən gün sosial şəbəkə hesabından etdiyi paylaşım hər kəsin diqqətini çəkdi. Olaylar.az bildirir ki, sənətçi qadınlara qarşı edilən şiddəti qınayaraq, fotosunun üzərinə “Kadına şiddete hayır” sözlərini yazıb.
Gənclər maddi – mədəni irsimizin ermənilər tərəfindən məhv edilməsi ilə bağlı maarifləndirilirlər
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası ictimai birliyi tərəfindən “Məhv edilmiş mədəni irsimizin gənclər arasında təbliği” adlı layihə uğurla icra edilib. “OLAYLAR”-ın xəbərinə görə, Bakının Binəqədi, Bərdə və Göyçay rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası ictimai birliyi tərəfindən “Məhv edilmiş mədəni irsimizin gənclər arasında təbliği” layihə çərçivəsində gənclərin iştirakı ilə seminarlar keçirilib.
Almaniya ilə 10-dan artıq ikitərəfli müqavilə bağlanıb
Almaniyanın İqtisadi Əlaqələr və Energetika üzrə Federal Nazirliyinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GiZ) dəstəyi ilə birgə həyata keçirilən Menecer Təlim Proqramı çərçivəsində bir neçə şirkətin nümayəndələri cari ilin oktyabr ayının 16-dan noyabrın 10-dək bu ölkədə səfərdə olublar.
Dünya Elm Günü
10 noyabr UNESCO –nun qərarı ilə Dünya Elm Günüdü. Olaylar.az bildirir ki, 2001-ci ildə UNESCO-nun baş konfransının 31-ci sessiyası 10 noyabr gününü “Sülh və inkişaf naminə dünya elm günü” elan edib. Məqsəd beynəlxalq və milli səviyyədə elmin rolunu yüksəltmək, eləcə də elmin nəticələrinin cəmiyyətin dinc və sabit inkişafına təsirini artırmaqdır.
Bank hesablarını öyrənmək üçün şahzadələrə işgəncə verilir
Səudiyyə Ərəbistanında həbs olunan şəxslərə təhlükəsizlik orqanları işçiləri tərəfindən işgəncə verilib. Bu barədə “Middle East Eye” saytı Səudiyyə Ərəbistanından olan rəsmilərə istinadən informasiya yayıb.
“Xəyalət baron” İstanbulda həbs edildi
20 ildir axtarışda olan “Xəyalət baron” ləqəbli iranlı mafiya lideri Rza Lame İstanbulda həbs edilib. Saxta sənədlərlə Kanadaya miqrant göndərən Rza Lamenin cinayətindən xəbər tutan yerli hökumət bu barədə Türkiyə təhlükəsizlik orqanlarını məlumatlandırıb və İstanbul polisi “Xəyalət”i yaxalayıb. Axtarışlar zamanı onun qaldığı evdən saxta pasport, diplom və viza çıxarmaq üçün qəribə cihazlar aşkarlayıb.
Türkiyə böyük təhlükə qarşısında: 2 min terrorçu...
PKK terror qruplaşmasının Suriya qanadı hesab olunan YPG və PYD Türkiyənin əməliyyat keçirmək istədiyi Afrin bölgəsində döyüş hazırlıqlarına başlayıb. Son günlərdə Afrin istiqamətində gedən maşın karvanları terrorçuları silah, ləvazimat və əlavə döyüşçü ilə təmin edib. Məlumata görə, son bir həftə ərzində Afrinə 2 mindən çox terrorçu göndərilib. Terrorçulara göndərilən silahlar arasında raketlərin və bir sıra avtomobillərin üzərinə quraşdırılmış hava hücumundan müdafiə silahlarının olması diqqəti çəkib.
9 yeni dövlət yaranacaq: Yaxın Şərqin parçalanma planı
ABŞ-ın nüfuzlu nəşrlərindən “Nyu York Tayms”ın 4 il əvvəl nəşr etdiyi xəritədə Yaxın Şərqdə 9 yeni dövlətin yaranacağı göstərilib. “Yavaş-yavaş Yaxın Şərqin xəritəsi yenidən çəkilir” başlıqlı yazıda mövcud 5 dövlətin yerində 14 dövlətin necə yaranacağı təhlil olunub.














