Gündəm

Rus ideoloq: Putinlə Ərdoğanın gizli Qarabağ razılaşması...

10 Noyabr 2017 11:34

Avrasiya İttifaqı və KTMT-yə daxil olmaq, eləcə də Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsinə izn verilməsi Bakıya münasibətdə çox sərt yanaşma ola bilər.

Jirinovski: “Kataloniya müstəqil olmalıdır”

10 Noyabr 2017 11:31

Rusiya Liberal Demokrat Partiyası Kataloniyanın müstəqilliyini dəstəkləyir. Bunu jurnalistlərə açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski söyləyib.

ABŞ: Ər-Riyad bu blokadanı dərhal dayandırmalıdır

10 Noyabr 2017 11:29

ABŞ Səudiyyə Ərəbistanından Yəmən limanlarına kommersiya və humanitar gəmilərin maneəsiz girişinin təmin edilməsini tələb edir. Bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Hizer Noyert deyib. “Biz Yəməndə kommersiya və humanitar gəmilərin maneəsiz girişinə imkanların olduğuna əminik. Limanların bağlanması ciddi narahatlıq doğurur", - deyə bildirib.

1 milyon manatlıq dələduzluq edən qadın hakim qarşısında

10 Noyabr 2017 11:26

Bakıda dələduzluqda təqsirləndirilən İmişli rayon sakini, 1971-ci il təvəllüdlü Vəfa Osmanlının cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, Vəfa Osmanlı aili təhsillidir, hazırda subay olan qadın Abşeron rayonunda yaşayır.

Mustafa Kemal Atatürk'ün son arzusu neydi?

10 Noyabr 2017 11:25

Mustafa Kemal Atatürk, hayata gözlerini yummadan önce yaverinden daha önce hiç tatmadığı bir yiyecek olan enginar istemiştir. Bazı söylentilere göre İzmir'den, bazı söylentilere göre de Hatay'dan özel olarak getirilen enginarı maalesef Mustafa Kemal Atatürk tadamadan vefat etmiştir. Mustafa Kemal Atatürk'ün tadını merak ettiği fakat hiç yiyemediği enginar haricinde sevdiği yemekler de vardı. Kuru fasulye ya da Mustafa Kemal Atatürk'ün deyimiyle yağlı fasulye, en sevdiği yemek olarak biliniyor. Yoğunluğundan ötürü yemek saatleri sürekli değiştiği için aşçılar tarafından mutfakta devamlı yağlı fasulye hazır bulundurulurdu. Karnıyarık ve etli bamya da sevdiği diğer yemekler arasındaydı.

Ərindən ayrılıb sevgilisiylə yaşayan qadını üçüncü kişi "oğurladı" -  Romantik gecədən şok xəbərlər

10 Noyabr 2017 11:23

Fransada həyat yoldaşından ayrılıb sevgilisiylə birlikdə yaşayan bir qadın üçüncü bir adamla eşq yaşaya bilmək üçün qaçırıldığını iddia edib. Fransada 25 yaşlı Sendi Gaillard üçüncü sevgilisiylə eşqbazlıq etmək üçün qaçırıldığını uydurub. Fransız qadın sevgilisinə mesaj göndərərək cinayətkarlar tərəfindən qara bir avtomobilin baqajında qaçırıldığını söylədikdən dərhal sonra təhlükəsizlik əməkdaşları axtarışa başlayıb. Fransanın cənubundakı Mende şəhərində 50 təhlükəsizlik işçisi və bir vertolyotun axtardığı qadın 24 saat sonra ortaya çıxıb. Təhlükəsizlik əməkdaşları isə qadında qaçırılma əlamətlərinə rast gəlməyib.

"Korrupsiya" - Braziliyada ilin sözü

10 Noyabr 2017 11:20

"Korrupsiya" Braziliyada ilin sözü seçilib. Məlumata görə, ölkə əhalisi arasında keçirilmiş sorğu bunu deməyə əsas verir. Bir neçə mərhələdə aparılmış sorğunun yekununda "korrupsiya" sözü reallığa daha uyğun olduğu üçün ilk yeri tutub - respondentlərin 37 faizi bu qənaətdədir.

PSJ Konte ilə maraqlanır

10 Noyabr 2017 11:18

PSJ "Çelsi"nin baş məşqçisi Antonio Konte ilə maraqlanır. Komandanın hazırkı çalışdırıcısı Unai Emeri Paris təmsilçisini Çempionlar Liqasının yarımfinal mərhələsinə çıxarmayacağı təqdirdə, klub rəhbərliyi Konte ilə danışıqlara başlayacaq. İtaliyalı mütəxəssisin PSJ-yə keçidi 2018-ci ilin yayında reallaşa bilər.

Tbilisidə 4 azərbaycanlı tutuldu

10 Noyabr 2017 11:15

Bu gün səhər saatlarında Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Tbilisinin azərbaycanlıların yaşadığı Poniçala (Soğanlıq) qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyat nəticəsində 2 qadın və 2 kişi olmaqla, 4 nəfər saxlanılıb. Onlar narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinirlər.

Jurnalistlər Bayraq Günündə Quba, Qusar və Xaçmazda oldular

10 Noyabr 2017 11:12

Parlament Jurnalistləri Birliyinin təşkilatçılığı ilə qurumun 20 üzvü Bayraq günü ilə bağlı Quba, Qusar və Xaçmazda olub. “Olaylar” xəbər verir ki, jurnalistlər öncə Quba məzarlığını ziyarət ediblər. Parlament Jurnalistləri Birliyinin (PJB) sədri Elşad Eyvazlı QubaMəzarlığı Müzeyində xatirə kitabına ürək sözlərini yazıb.

“İƏT Gənclər və İdman Nazirləri Konfransı 4-cü Sessiyası” Bakıda keçiriləcək 

10 Noyabr 2017 11:11

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər və İdman Nazirləri (GİN) Konfransının 2018-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan 4-cü Sessiyası ilə bağlı, Bakı şəhərində ilk hazırlıq iclası baş tutub. “OLAYLAR”-a daxil olan məlumata görə, iclasda tədbirə ev sahibliyi edəcək Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və İƏT GİN nazirləri Konfransının katibliyi səlahiyyətlərini icra edən Dialoq və Əməkdaşlıq uğrunda İƏT Gənclər Forumunun müvafiq struktur rəhbərləri iştirak ediblər.

"ASAN xidmət"in nümayəndə heyəti Mərakeşdə

10 Noyabr 2017 11:10

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Mərakeş Krallığının paytaxtı Rabat şəhərində səfərdədir. Olaylar.az bildirir ki, səfərin məqsədi iki ölkə arasında dövlət xidmətlərinin təşkili və sosial innovasiyalar üzrə fəaliyyət göstərən dövlət qurumları ilə tərəfdaşlıq münasibətlərinin qurulması və genişləndirilməsidi. Səfərin ilk günü Dövlət Agentliyinin sədri İnam Kərimov Mərakeş Krallığının inzibati islahatlar və dövlət qulluğu naziri Məhəmməd bin Abdelkader ilə görüşüb.

"Türkiyə bunu istəyir"- MÜNASİBƏT

10 Noyabr 2017 11:09

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfərinin vaxtı dəqiqləşib. O, noyabrın 13-də Vladimir Putinlə görüşəcək. Bu sözləri millət vəkili Sahib Alıyev deyib.

Türkiyə ilə böyük müharibə BAŞLAYIR - Bir neçə ay DAVAM EDƏCƏK

10 Noyabr 2017 11:06

Suriyada İŞİD terror qruplaşmasının tam məğlub edilməsindən sonra ABŞ-ın növbəti hədəfinin Türkiyə olacağı gözlənilir.  “Yeni Şəfəq” nəşri xəbər verir ki, Suriyada İŞİD terror qruplaşmasının əlində olan torpaqların 96 faizini itirdiyini açıqlayan ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Hasekedə PKK/PYD-yə verdiyi silahları Türkiyə ilə həmsərhəd Afrin bölgəsinə daşıyır.

Ermənistanın dövlət borcu artır

10 Noyabr 2017 11:04

Ermənistanın dövlət borcu daha 80 milyon avro artacaq. Bu barədə AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir. KİV-in əldə etdiyi məlumata qeyd olunur ki, Ermənistanın dövlət borcu son illər ərzində ilk dəfə oktyabr ayında cüzi azalıb. Bu, əsasən dolların dəyərinin artmasından asılı olub. Dollar müqabilində dövlət borcu azalsa da əksinə erməni dramı qarşılığında artıb.