"Türkiyə bunu istəyir"- MÜNASİBƏT

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfərinin vaxtı dəqiqləşib. O, noyabrın 13-də Vladimir Putinlə görüşəcək. Bu sözləri millət vəkili Sahib Alıyev deyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfərinin vaxtı dəqiqləşib. O, noyabrın 13-də Vladimir Putinlə görüşəcək. Bu sözləri millət vəkili Sahib Alıyev deyib.

Onun sözlərinə görə, danışıqlarda əsas mövzu Suriya və ikitərfli əlaqələr olacaq. Ancaq Dağlıq Qarabağ məsələsinə də toxunulacağı gözlənilir: "Xatırladaq ki, bu görüş öncəsi Azərbaycan Prezidenti İlham Əliyev həm Ərdoğan, həm də Putinlə təkbətək görüşlər keçirib. Türkiyə Prezidentinin Rusiyaya səfəri başa çatar-çatmaz isə "for-post"başı Serj Sarkisyan Moskvaya səfər etməyi planlaşdırır.

Hər halda Türkiyə, İran və Rusiyanın Suriyadakı birgə işləri onu göstərdi ki, region dövlətləri öz aralarında razılığa gəlib bölgədəki hər hansı problemi həll etməyə qadirdilər. Bu qələbədən də ilk növbədə qazanan özləri oldu.

Əgər istəsələr Dağlıq Qarabağ probleminin həllində də bu 3 böyük dövlət əvəzsiz töhfə verə bilər. Türkiyə bunu istəyir və bu göz önündədir. Ermənistan üzərində iki ən güclü təsiri olan dövlət Rusiya və İrandır. Amma bu problem dərinləşdikcə indi də olmasa, yaxın gələcəkdə onlar da zərər görəcək".  Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31