NASA Yerə bənzər peyk aşkarladı

Saturn planetinin Entselade peykində həyat üçün vacib olan şərait imkanları aşkarlanıb. NASA mütəxəssisləri bu peykdə canlı orqanizmin varlığı üçün mühüm imkanların olduğunu bildiriblər. “Cassini” kosmik aparatı vasitəsilə Entselade peykindəki şəraiti öyrənən mütəxəssislər burada hidrogen, karbondioksid, su buxarı, metan və digər qazlar aşkar ediblər.

Saturn planetinin Entselade peykində həyat üçün vacib olan şərait imkanları aşkarlanıb. NASA mütəxəssisləri bu peykdə canlı orqanizmin varlığı üçün mühüm imkanların olduğunu bildiriblər. "Cassini" kosmik aparatı vasitəsilə Entselade peykindəki şəraiti öyrənən mütəxəssislər burada hidrogen, karbondioksid, su buxarı, metan və digər qazlar aşkar ediblər.

Qeyd edək ki, Cassini - NASA, Avropa Kosmik Agentliyi və İtaliya Kosmik Agentliyinin birgə layihəsidir. Bu cihaz 1997-ci ildə Saturnun daha ətraflı öyrənilməsi üçün kosmosa buraxılıb. Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31