Azğın qocanın Bakı macəraları - “Yanlış anlama”dım...

Bu günlərdə Türkiyə və Azərbaycan aktyorlarının çəkildiyi “Yanlış anlama” filminin təqdimatı oldu. Ssenaridə kəskin çatışmazlıqlar yer alıb. Baxmayaraq ki, filmin treyleri 2-3 milyon dəfə izlənilib, ancaq ekran işi bəsit zarafatlar üzərində qurulub. Azərbaycan və Türk sözlərininin bir ölkədə yaxşı, digərində isə pis mənaya gəldiyini anladan ssenarist cılız, 2009-cu ildə yazılan feysbuk statuslarından istifadə edib.

Bu günlərdə Türkiyə və Azərbaycan aktyorlarının çəkildiyi "Yanlış anlama" filminin təqdimatı oldu. Ssenaridə kəskin çatışmazlıqlar yer alıb. Baxmayaraq ki, filmin treyleri 2-3 milyon dəfə izlənilib, ancaq ekran işi bəsit zarafatlar üzərində qurulub. Azərbaycan və Türk sözlərininin bir ölkədə yaxşı, digərində isə pis mənaya gəldiyini anladan ssenarist cılız, 2009-cu ildə yazılan feysbuk statuslarından istifadə edib.

72 yaşlı türkiyəli azğın bir qocanın eks-sevgilisi tərəfindən aldadılaraq ailəsi ilə Bakıya gətirilməsi və bunun fonunda baş verən hadisələr filmin əsas mövzusudur. Filmdə qocanın gənc qonşusu olan Günel adlı bir obraz da var. O, "dədə"ylə intriqa aparır. Gərçi, bu nəyin intriqasıdır deyə açıqlamaq rejissorun ağlına gəlməyib.

Bakıda özünü rəhmətə getmiş adıyla təqdim edən Ruhiyyə eks-sevgilisinə miras qalıb adıyla məktub yazır. Məktubu alandan sonra qoca və ailəsi Bakıya gəlməyə qərar verir. Lakin necə olursa, bunları Ruhiyyənin vəkili qarşılayır. Burada belə bir sual meydana çıxır. Vəkil heç bir əlaqə saxlamadığınız halda, Bakıya nə vaxt gələcəyinizi haradan bildi?

Bir sonrakı səhnədə qoca ailəsi ilə birlikdə eks-sevgilisinin mirasına sahib çıxmaq üçün onların evinə gəlir. Burada vəkil açıqlayır ki, bəs nənəmizin şərtləri var: Bir həftə hər iki ailə bir yerdə qalmalı, yaxta gəzintisinə çıxmalı, piknik etməlidir. Sonda isə Bayraq Meydanında hərəyə nə qədər miras qaldığı açıqlanacaq. Bu nəyin qafasıdır, nənə? Miras və piknik, Bayraq meydanı və bir yerdə yaşamaq nə əlaqə?

Ailə dəyərlərini heçə sayan ssenarist bütün ümumi səhnələrdə yer alan azərbaycanlı ailə başçısını iki cümlə belə danışdırmayıb. O, ekran işində sadəcə müqəvva rolunu oynayıb. Axı bizdə belə olmur, atam balası!

Bir digər səhnədə Pərvin Abıyevanın canlandırdığı obraza nənəsindən Renessans dövrünə aid broş miras qalır. Necə olursa, bundan italyanlar xəbər tutur. Azərbaycanda "Vaz 2107" kirayələyən italyanlar Pərvini və sevgilisi Baranı qaçırırlar. Övladlarının qaçırılmasından xəbər tutan ailələr sakitcə, yanlarında vəkil ola-ola, polisə getmədən həmin yerə gəlirlər. Broşu verirlər, italyanlar isə "07"lərinə minib gedir. Özü də hara? Bizim bu İçərişəhərə...

Bu italyanlar normalda qaçıb, ölkəni tərk etməli deyildilər? Bu nə anormal ssenaridir belə?

Digər səhnədə şoppinqə çıxan Pərvin Abıyeva bir öncəki piknik səhnəsində geyindiyi paltarın eynisini yenidən yoxlayıb, yaraşıb-yaraşmadığını soruşur. Geyim tapılmırdı, əziz rəssam?

Filmdən belə anladım ki, sən demə, bizdə vəkillər də ailələrlə birgə yaşayırmış. Piknikdə, alış-verişdə, yaxtada, səhər, nahar və şam yeməklərində də onlarla birgə olur.

Digər səhnələrin birində yolunu itirən baba obrazı iki azərbaycanlı xanıma yaxınlaşaraq onlara itdiyini deyir. Qadınlar isə "Siz azmısınız. Azərbaycanlılar azmış hər kəsə yardım edir" deyə cavab verir. Türk dilində "azmak" ifadəsinin mənasını yəqin ki, bilirsiniz. Tamam, bunu Azərbaycanlı tamaşaçılar normal anlayacaq, ancaq Türkiyə tamaşaçısının beyninə az da olsa, bu cümlə təsir edəcək. Yəni, bu uğursuz zarafatı etmək niyə?

Filmin sonunda ailələr Dağüstü Parka yığışır. Ancaq ssenaristlər Dağüstü Parkı niyəsə Bayraq Meydanı adlandırırlar. Nənə obrazı üçün qrimlə yaşlandırılan aktrisa Zemfira Əbdülsəmədova da bu səhnədə üzünü göstərir.

Finalda məlum olur ki, vəkil və Günel birləşərək ailələri aldadıb. Onlar bütün mirasa sahib çıxaraq İstanbula uçurlar.

Hansı əsasla? Əgər nənə ölməyibsə, onlar mirası necə ələ keçirə bilər?

Görünür ki, ssenaristin beyni "babat" dumanlı imiş...

Filmin müsbət tərəfləri Rəşid Behbudovun ifasında "Küçələrə su səpmişəm" mahnısının səsləndirilməsi, Pərvin Abıyevanın yaxşı aktrisa oyunu, Bakının möhtəşəm görüntülərinin sərgilənməsi idi.

Gedib, baxa bilərsiniz. Güldürəcəkmi? Güldürəcək. Bəs düşündürmək necə? Bax, onu söz verə bilmərəm. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31