Gənclər maddi – mədəni irsimizin ermənilər tərəfindən məhv edilməsi ilə bağlı maarifləndirilirlər
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası ictimai birliyi tərəfindən “Məhv edilmiş mədəni irsimizin gənclər arasında təbliği” adlı layihə uğurla icra edilib. “OLAYLAR”-ın xəbərinə görə, Bakının Binəqədi, Bərdə və Göyçay rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası ictimai birliyi tərəfindən “Məhv edilmiş mədəni irsimizin gənclər arasında təbliği” layihə çərçivəsində gənclərin iştirakı ilə seminarlar keçirilib.
10 Noyabr 2017 11:53 SosialAzərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Bizim Nəsil" Gənclərin Regional İnkişaf Assosiasiyası ictimai birliyi tərəfindən "Məhv edilmiş mədəni irsimizin gənclər arasında təbliği" adlı layihə uğurla icra edilib. "OLAYLAR"-ın xəbərinə görə, Bakının Binəqədi, Bərdə və Göyçay rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Bizim Nəsil" Gənclərin Regional İnkişaf Assosiasiyası ictimai birliyi tərəfindən "Məhv edilmiş mədəni irsimizin gənclər arasında təbliği" layihə çərçivəsində gənclərin iştirakı ilə seminarlar keçirilib. Tədbirə qeyd olunan rayonların Gənclər və İdman idarələri təşkilati dəstək veriblər. Layihənin rəhbəri "Bizim Nəsil" Gənclərin Regional İnkişaf Assosiasiyası ictimai birliyinin rəhbəri Nurəddin Mehdiyev qeyd edib ki, layihənin keçirilməsində əsas məqsəd işğal altında olan torpaqlarda qalan maddi - mədəni irsin ermənilər tərəfindən məhv edilməsi ilə bağlı faktların gənclər arasında təbliği və virtual məkanda bu mövzuda təbliğat işinə gənclərin qoşulmasıdır.