Bakı məktəblisi Avropa çempionatının qalibi olub

Paytaxt məktəblisi Avropa çempionatında I yeri tutub. “OLAYLAR”-ın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 189-190 nömrəli tam orta məktəbin X sinif şagirdi Fərid Ağayev Fransanın Paris şəhərində karatenin vado-kai növü  üzrə 45-ci Avropa çempionatında təkbətək döyüşlərdə bütün rəqibləri üzərində qələbə qazanıb.

Paytaxt məktəblisi Avropa çempionatında I yeri tutub. "OLAYLAR"-ın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 189-190 nömrəli tam orta məktəbin X sinif şagirdi Fərid Ağayev Fransanın Paris şəhərində karatenin vado-kai növü  üzrə 45-ci Avropa çempionatında təkbətək döyüşlərdə bütün rəqibləri üzərində qələbə qazanıb.

Çempionatda 14-15 yaşlı idmançılar arasında 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Fərid Ağayev qızıl medala layiq görülüb.

Qeyd edək ki, çempionatda 20 ölkədən idmançılar iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31