Almaniya ilə 10-dan artıq ikitərəfli müqavilə bağlanıb
Almaniyanın İqtisadi Əlaqələr və Energetika üzrə Federal Nazirliyinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GiZ) dəstəyi ilə birgə həyata keçirilən Menecer Təlim Proqramı çərçivəsində bir neçə şirkətin nümayəndələri cari ilin oktyabr ayının 16-dan noyabrın 10-dək bu ölkədə səfərdə olublar.
10 Noyabr 2017 11:53 İqtisadiyyatAlmaniyanın İqtisadi Əlaqələr və Energetika üzrə Federal Nazirliyinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GiZ) dəstəyi ilə birgə həyata keçirilən Menecer Təlim Proqramı çərçivəsində bir neçə şirkətin nümayəndələri cari ilin oktyabr ayının 16-dan noyabrın 10-dək bu ölkədə səfərdə olublar. "OLAYLAR"-ın xəbərinə görə, səfər zamanı nümayəndələr Almaniyanın müxtəlif reqionlarına məqsədyönlü səfərlər edib, müxtəlif sahələri əhatə edən müəssisələrin iş prınsipləri ilə tanış olub və 10 dan artıq ikitərəfli müqavilələrin bağlanmasına nail olublar. Səfər zamanı iştirakçılar həmçinin, Mədəniyyətlərarası menecment, taym menecment, risk menecment, insan qaynaqları menecmenti, peşəkar təqdimat və işgüzar danışıqlar və bir sıra digər sahələri əhatə edən peşəkar təlimlərdə iştirak ediblər. 9 noyabr tarixində Azərbaycan şirkətlərinin yekun dinləmələri və təqdimatları gerçəkləşdirilib. Xüsusi müsahibədən keçərək, bu təlim proqramında iştirak edən və proqramı müvəffəqiyyətlə başa vuran bütün iştirakçılar Almaniya dövlətinin xüsusi sertifikat-diplomlarına layiq görülüblər. Hər bir iştirakçı öz gələcək fəaliyyətləri ilə Azərbaycan-Almanya münasibətlərinin inkişafına öz töhvələrini vermək əzmini , fəaliyyətlərinin ana xəttini təşkil edəcəyini vurğulayıblar.Almaniyanın İqtisadi Əlaqələr və Energetika üzrə Federal Nazirliyinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GiZ) dəstəyi ilə birgə həyata keçirilən Menecer Təlim Proqramı çərçivəsində bir neçə şirkətin nümayəndələri cari ilin oktyabr ayının 16-dan noyabrın 10-dək bu ölkədə səfərdə olublar. "OLAYLAR"-ın xəbərinə görə, səfər zamanı nümayəndələr Almaniyanın müxtəlif reqionlarına məqsədyönlü səfərlər edib, müxtəlif sahələri əhatə edən müəssisələrin iş prınsipləri ilə tanış olub və 10 dan artıq ikitərəfli müqavilələrin bağlanmasına nail olublar. Səfər zamanı iştirakçılar həmçinin, Mədəniyyətlərarası menecment, taym menecment, risk menecment, insan qaynaqları menecmenti, peşəkar təqdimat və işgüzar danışıqlar və bir sıra digər sahələri əhatə edən peşəkar təlimlərdə iştirak ediblər. 9 noyabr tarixində Azərbaycan şirkətlərinin yekun dinləmələri və təqdimatları gerçəkləşdirilib. Xüsusi müsahibədən keçərək, bu təlim proqramında iştirak edən və proqramı müvəffəqiyyətlə başa vuran bütün iştirakçılar Almaniya dövlətinin xüsusi sertifikat-diplomlarına layiq görülüblər. Hər bir iştirakçı öz gələcək fəaliyyətləri ilə Azərbaycan-Almanya münasibətlərinin inkişafına öz töhvələrini vermək əzmini , fəaliyyətlərinin ana xəttini təşkil edəcəyini vurğulayıblarAlmaniya ilə 10 dan artıq ikitərəfli müqavilə bağlanıb.