Bilik Fonduna Rusiya Təhsil və Elm Nazirliyindən dəstək

Bilik Fonduna Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin və A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun "Puşkin İnstitutu" Tərəfdaşlıq Şəbəkəsinin həqiqi üzvlüyünü təsdiqləyən Sertifikatı təqdim edilib.

Olaylar.az bildirir ki, bu rəsmi sənəd Bilik Fonduna ölkənin təhsil müəssisələrində çalışan rus dili müəllimlərinin A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun "Puşkin İnstitutu" Tərəfdaşlıq Şəbəkəsi Mərkəzinin təşkil etdiyi ixtisasartırma kurslarına cəlb olunması, rus dili üzrə sertifikasiya üçün test imtahanlarının keçirilməsi, eləcə də birgə mədəni-kütləvi tədbirlərin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirilməsində təşkilatçı qismində iştirak etmək hüququ verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31