Gündəm

DGK-dan işbazlara XƏBƏRDARLIQ: Belə hallara yol verənlər...

10 Noyabr 2017 16:01

Son vaxtlar ölkənin gömrük ərazisinə mülki dövriyyəsi məhdudlaşdırılmış, istifadəsi insan sağlamlığına mənfi təsir göstərən pirotexniki və tezalışan malların qaçaqmalçılıq yolu ilə gətirilməsinə cəhdlərin artması müşahidə olunur.

50 min il bundan əvvəl yaşamış aslan balası aşkarlandı

10 Noyabr 2017 15:56

Yakutiyada yerli sakinlər 50 min əvvəl yaşamış mağara aslanının balasının donmuş cəsədi tapılıb. Aslan balasının vücudu və bədən üzvləri yaxşı vəziyyətdə qalması diqqət çəkib. Bala aslanın bədənində heç bir zədə izinə də rast gəlinməyib. Aşkarlanan aslan balasının bədəninin  uzunluğu 45 sm, ağırlığı isə 4 kq - dır. Heyvanın hansı səbədən öldüyü hələki məlum deyil.

Ermənistan işğal olunan ərazilərdə mədəni və fiziki dəyişikliklər aparır

10 Noyabr 2017 15:49

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bir sıra beynəlxalq təşkilatlar, eləcə də aparıcı dövlətlərin maraqlarına uyğun olmaması zaman-zaman özünü büruzə verməkdədir. Çox təəssüf ki, məlum mövqeyi sərgiləyənlər sırasında sözügedən münaqişənin dinc yolla həlli məqsədilə yaradılan ATƏT-in Minsk qrupunda təmsil olan dövlətlər də var.

Azərbaycan Prezidenti "Yeni Gəncə" yarımstansiyasının açılışında iştirak edib

10 Noyabr 2017 15:35

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 10-da Gəncəyə səfəri çərçivəsində 2x40 meqavat-amper (mVA) gücündə 110/35/10 kilovoltluq (kV) “Yeni Gəncə” yarımstansiyasının açılışında iştirak edib.

Prezident Gəncəyə səfər edib

10 Noyabr 2017 15:32

Noyabrın 10-da Prezident İlham Əliyev Gəncə şəhərinə səfər edib. Əvvəlcə dövlət başçısı ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyub. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Prezident İlham Əliyevə abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.

Təhsil İdarəsindən məktəblərin istilik təchizatı ilə bağlı AÇIQLAMA

10 Noyabr 2017 15:31

"Bakı şəhəri üzrə  Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərin 138-i "Azəristilik" Açıq Səhmdar Cəmiyyəti tərəfindən mərkəzləşdirilmiş şəkildə istiliklə təmin olunur".

TRT – də yayımlanan cizgi filmində Atatürk SKANDALI

10 Noyabr 2017 15:32

Türkiyənin TRT Uşaq kanalında Mustafa Kamal Atatürkə qarşı hörmətsizlik olub. Olaylar.az bildirir ki, kanalda yayımlanan “İstanbul Muhafızları” cizgi filmində mənfi obrazı hansı uşaqları incidiləcəyi siyahını digər qəhrəmana təqdim edir və o siyahıda  Mustafa Kamal Atatürkün imzası da qeyd olunub. Uşaqların əlini bağlayan personaj daha sonra Mustafa Kamal Atatürkün imzasını göstərərək “Buna nə edim?” – deyir. Mənfi obraz cavabında “Onun əllərini bərk bağlamana gərək yoxdu. Onsuzda heç nə edə bilməyəcək” – deyir.

Nazarbayev ən böyük arzusunu açıqladı

10 Noyabr 2017 15:28

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Uzaq Şərqdə olmaq arzusunda olduğunu bildirib. O, bu barədə Çelyabinskdə Rusiya-Qazaxıstan regionlararası əməkdaşlıq forumunda çıxış edərkən deyib.

Bağdadinin gizləndiyi yer bilindi

10 Noyabr 2017 15:25

İŞİD lideri Əbubəkr Bağdadi Suriya ordusunun İŞİD-dən azad etdiyi Əbu Kamal vilayətində gizlənib.Bu barədə informasiyanı Hizbullah hərəkatı yayıb. Hərəkat Bağdadi  haqqında başqa heç bir məlumat verməyib.

Rusiyada hərbi poliqonda partlayış olub, zabit və əsgər ölüb, xeyli hərbçi yaralanıb

10 Noyabr 2017 15:16

Rusiyanın Zabaykalye diyarında yerləşən Tsuqol poliqonunda döyüş sursatının partlaması nəticəsində zabit və əsgər ölüb. Məlumata görə, bu barədə "RİA Novosti" Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər yayıb. Hadisə nəticəsində daha bir zabit və 4 əsgər xəsarət alıb.

Çoxuşaqlı azərbaycanlı qadının Rusiyaya girişinə qoyulmuş qadağa götürülüb

10 Noyabr 2017 15:14

Rusiyada prokurorluq Azərbaycan vətəndaşının pozulmuş hüququnu bərpa edib. Məlumata görə, Saratov vilayəti Prokurorluğu çoxuşaqlı ana olan Azərbaycan vətəndaşının pozulmuş hüquq və azaldıqlarını bərpa etməyə nail olub.

MTN generallarının məhkəməsində əlavə şahidlər dindiriləcək

10 Noyabr 2017 15:12

MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Yeni lüğətdə stressin stres, ədəbiyyatın ədəbiyat kimi yazılması təklif olunur

10 Noyabr 2017 15:10

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda “Azərbaycan dili orfoqrafiya qaydalarının təlim və tərtib prinsipləri” mövzusunda Elmi Şuranın növbəti iclası keçirilib.

Din xadimlərinə maaş veriləcək

10 Noyabr 2017 15:03

2018-ci ildən etibarən bütün rəsmi din xadimlərinə dövlət tərəfindən məvacib ödəniləcək. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Dini maarifləndirmə işi: Mövcud vəziyyət və imkanlar” adlı konfransda çıxışı zamanı deyib.