Gündəm
Bu nasazlıqlara görə 50 manat cərimə oluna bilərsiniz
Payız-qış aylarında gün tez batır. Bu səbəbdən də avtomobil sürücüləri günün qaranlıq hissəsində daha çox avtomobil idarə etməli olurlar. Avtomobilin gecə saatlarında idarə edilməsi isə işıq cihazlarının işlək vəziyyətdə olmasını tələb edir. Amma bəzi sürücülər iddia edir ki, avtomobilin iki işığından ən azı biri saz vəziyyətdədirsə, avtomobili idarə etmək olar. Yəni, buna cərimə tətbiq olunmur.
Rusiya 52,5 ton meyvə-tərəvəzi Azərbaycana qaytardı
Azərbaycandan Rusiyaya tədarük olunan 52,5 ton kənd təsərrüfatı məhsulu Dağıstanın "Yaraq-Qazmalar" gömrük keçid məntəqəsində saxlanılıb. Məhsulun saxlanılmasına səbəb saxta fitosanitar sertifikatların mövcudluğudur. Saxlanılan məhsullar arasında 16,780 min kq nar, 18,025 min kq pomidor və 17,750 min kq xiyar var.
“Qadın sahibkarlığın inkişafında biznes inkubatorların rolu” mövzusunda tədbir keçirilib
Noyabrın 10-da Xaçmazda yerləşən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində “Qadın sahibkarlığının inkişafında biznes inkubatorların rolu” mövzusunda seminar keçirilib.
Azərbaycan-İtaliya iqtisadi əlaqələri inkişaf edir
İtaliya Respublikasının ölkəmizdəki səfiri Augusto Massarinin Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevlə görüşüüb. İqtisadiyyat Nazirliyindən “Olaular”a bildirilib ki, Azərbaycan Sahibkarlar Konfederasiyasının fəaliyyəti barədə ətraflı məlumat verən Məmməd Musayev Azərbaycan –İtaliya arasında ikitərəfli iqtisadi əlaqələrin yüksək səviyyədə olduğundan söhbət açmışdır.
ABŞ-da Ağ Evin baş məsləhətçisi dindirildi
ABŞ-da xüsusi prokuror Robert Müllerin komandası "Rusiya işi"nin araşdırılması çərçivəsində Ağ Evin baş məsləhətçisi Stiven Milleri dindirib. Stiven Millerin Federal Təhqiqatlar Bürosunun keşmiş rəhbəri Ceyms Kominin işdən çıxarılması ilə bağlı məsələdə rolu olub.
“Azərbaycanın İntellektual Birincisi” seçiləcək
“Azərbaycan İntellektual Birİncisi” layihəsi artıq ikinci ildir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və "İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir. Layihə, ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən bir təşəbbüsdür.
Azərbaycan İtaliya iqtisadi əlaqələri yüksələn xətlə inkişaf edir
Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında iqtisadi əlaqələr sürətlə inkişaf edir, iki ölkə arasında ticarət dövriyyəsi gündən günə artır. Azərbaycandan İtaliyaya əsasən neft və neft məhsulları, həmçinin kimya sənayesi məhsulları ixrac edilir. İtaliyadan ölkəmizə isə texnika, yüngül və yeyinti sənayesi məhsulları gətirilir.
BMU-da P&EMakers’ DAYS tədbiri keçirilir
Bakı Mühəndislik Universiteti ixtisasından asılı olmayaraq tələbələrinin müasir texnologiyalar və robotlaşma texnologiyaları sahəsində inkişafı üçün hərtərəfli şərait yaradır. Bu məqsədlə xarici və yerli şirkət nümayəndələri, bu sahənin mütəxəssisləri universitetə dəvət olunur. Onların tələbələrlə görüşü təşkil olunur, seminarları dinlənilir. İndiki dövrdə hər kəsə aydındır ki, inkişafın yolu nəzəriyyə ilə təcrübənin vəhdətindən keçir.
Azərbaycanda dövlət -vətəndaş cəmiyyəti münasibətləri plüralizm ənənələrinə söykənir
Sirr deyil ki, ölkələrin demokratikləşməsində vətəndaş cəmiyyətlərinin rolu danılmazdır. Ölkədə demokratik instituların, vətəndaş-dövlət münasibətlərinin inkişafı həm də vətəndaş cəmiyyətlərinin formalaşmasından asılıdır.
İsmayıllıda körpü uçdu - Avtomobil su arxına düşdü
İsmayıllıda dağılan körpü avtomobil qəzasına səbəb olub. Hadisə bu gün günorta saatlarında İsmayıllı şəhərinin Soltan Mehdiyev küçəsində baş verib. Rayonun Basqal qəsəbə sakini Cəbrayılov Nuru Ağaabdulla oğlu idarə etdiyi 99-HE-812 dövlət nömrə nişanlı "Mercedes" markalı minik avtomobili ilə yoldakı körpünün üzərindən keçərkən qəflətən körpünün bir hissəsi dağılıb və avtomobil su arxına düşüb. Hadisə nəticəsində avtomobil əzilsə də, sürücü və sərnişini - həyat yoldaşı xəsarət almayıb.
Sərkisyanın məxfi planı: Kremlin adamı yox edilir
Ermənistan Baş naziri Karen Karapetyanın ətrafında xüsusi şəbəkə yaradılır. Bu barədə informasiyanı Ermənistanın “Çorord İnknişxanutyun” qəzeti yayıb. Qəzet şəbəkənin yaradılması barədə əmri Ermənistan Prezidenti Serj Sərkisyanın verdiyini bildirib: “Serj Sərkisyan ölkənin müxtəlif qurumlarına Karapetyana hücum etməyi, onun haqqında cəmiyyətdə pis fikir yaratmağı tapşırıb.
“Türkiyə və Rusiyanın birgə hərəkət etməsi münaqişənin həllinə təsir edə bilər”
“Rusiya və Türkiyə prezidentlərinin 13 noyabrda baş tutacaq görüşündə Suriya və İraq, YPG və PYD məsələsi, iqtisadi münasibətlərin danışıqlar mövzusu olmasını gözləyirəm”.
Səudiyyədəki həbslərin sensasion – Səbəbi
Səudiyyə Ərəbistanında baş verən son hadisələr zahirən ölkədaxili dəyişiklik təəssüratı bağışlasa da, əsl həqiqət başqadır. Bu sözləri politoloq, keçmiş diplomat Fikrət Sadıqov deyib.
“Kaspersky Lab”: Şirkətlərdə baş verən kibermünaqişələrin yarısı insan faktoru ilə bağlıdır
Bu ilin yanvar-oktyabr aylarında “Kaspersky Lab” həlləri Azərbaycan müəssisələrindəki 5 435 kompüterə zərərli proqram təminatı tərəfindən olan hücumları dəf edib. Şirkətdən verilən məlumata görə, ümumi kiberhücum cəhdlərinin sayı isə 286 525-ə çatır. İstənilən şirkətdə baş verən kiberinsidentlərin və bununla əlaqədar yaranan məlumat sızıntısının əsas səbəbi insan faktorunun mövcudluğu və kompüter təhlükələrinin zamanında aşkarlanması üçün lazımi biliklərin olmamasıdır. Araşdırma göstərib ki, müəssisələrdə kompüter qəzalarının demək olar yarısı (46%) əməkdaşların diqqətsizliyi ucbatından əmələ gələn məlumat sızıntısına görə baş verib. Bu da insan faktorunu informasiya təhlükəsizliyi sahəsində baş verən qəzaların zərərli proqram təminatı ilə yoluxmadan sonra ikinci ən geniş yayılmış səbəbinə çevririr.
İraqın Kürd muxtariyyətinin energetika naziri İngiltərəyə qaçıb
İraqın Kürd muxtariyyətinin energetika naziri Aşti Havrami İngiltərəyə qaçıb. Məlumata görə, nazir Kürd muxtariyyətində “müstəqillik” haqqında referendum keçirildikdən sonra Ərbili tərk edib. Hələlik muxtariyyətin rəsmi şəxsləri bununla bağlı məlumat verməyib.














