İraqın Kürd muxtariyyətinin energetika naziri İngiltərəyə qaçıb

İraqın Kürd muxtariyyətinin energetika naziri Aşti Havrami İngiltərəyə qaçıb. Məlumata görə, nazir Kürd muxtariyyətində “müstəqillik” haqqında referendum keçirildikdən sonra Ərbili tərk edib. Hələlik muxtariyyətin rəsmi şəxsləri bununla bağlı məlumat verməyib.

İraqın Kürd muxtariyyətinin energetika naziri Aşti Havrami İngiltərəyə qaçıb. Məlumata görə, nazir Kürd muxtariyyətində "müstəqillik" haqqında referendum keçirildikdən sonra Ərbili tərk edib. Hələlik muxtariyyətin rəsmi şəxsləri bununla bağlı məlumat verməyib.

Qeyd edək ki, A.Havrami 2006-cı ildən Kürd muxtariyyətinin energetika və təbii sərvətlər naziri vəzifəsində işləyib.

Xatırladaq ki, sentyabrın 25-də İraqın kürd muxtariyyəti müstəqillik haqqında qanunsuz "referendum" keçirib. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31