Gündəm
Azərbaycan şərab istehsalçıları Çin bazarına maraq göstərir
Azərbaycan şərabları ilk dəfə olaraq “Made in Azerbaijan” vahid ölkə stendi ilə Çinin Honqkonq Xüsusi İnzibati Ərazisində keçirilən 10-cu Beynəlxalq Şərab və Spirtli İçkilər Sərgisində nümayiş olunur.
ABŞ 50 il əvvəlki müharibənin məxfi görüntülərini yaydı - VİDEO
ABŞ Milli Arxiv İdarəsi Vyetnam müharibəsində çəkilən və daha sonra məxfiləşdirilən videoları yutubda dərc edib. Videolarda 1965-ci ilin martın ortalarında cəngəlliklər və yaşayış məntəqələrinin bombardmanı, həmçinin 1967-ci ilin oktyabrında Amerika helikopterlərinin hərəkətləri əksini tapıb.
"Kəpəz" hazırlığı bərpa edib
Azərbaycan Premyer Liqasında yaranan fasilə ilə əlaqədar istirahətə buraxılan “Kəpəz” yenidən bir araya gəlib. Məlumata görə, gəncəlilər 4 günlük istirahətdən sonra Bakıda toplaşıblar. Gəncə komandası bu gündən hazırlığı bərpa edib. “Sarı-göylər” paytaxtda məşqlərə başlayıblar. Komandanın ilk hazırlıq prosesi Bakı Olimpiya Stadionunun (BOS) ehtiyat meydançasında baş tutub.
Prokuror Lənkəranda 5 nəfərin ölümündə təqsirləndirilən sürücüyə 10 il cəza istədi
Lənkəran Ağır Cinayətlər Məhkəməsində 5 nəfərin ölümü, 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasında təqsirləndirilərək həbs olunan Lənkəran sakini Eldar Aslanovun işi üzrə məhkəmə prosesi keçirilib.
Bakıda əcnəbilərdən oğurluq edən şəxslər saxlanılıb
Xarici vətəndaşlara qarşı törədilmiş iki cinayətin üstü açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş T.İliyana kirayədə yaşadığı mənzildən 50 manatının, fotoaparatının və 2 ədəd mobil telefonunun oğurlandığını bildirib.
Rusiya Azərbaycan xiyarını ölkəyə buraxmadı
Rusiya Azərbaycandan 52,5 tonluq kənd təsərüffatı məhsulunun gətirilməsinə qadağa qoyub. Bu barədə informasiyanı Rusiya Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidmətinin Mətbuat Xidməti yayıb. Kənd təsərrüfatı məhsullarının buraxılmamasına səbəb məhsulların Rusiyanın istədiyi tələblərə cavab verməməsi olub.
Roman Abramoviç Türkiyə klubunu almaq istəyir
“Çelsi”nin sahibi Roman Abramoviç Türkiyə “bazar”ına maraq göstərməyə başlayıb. Məlumata görə, rusiyalı biznesmen “Karşıyaka” klubunun səhmlərini almaq niyyətindədi.
Azay Quliyev: Dağlıq Qarabağ məsələsi Tramp, Putin və Makronun gündəliyində olmalıdır
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ABŞ-ın prezidenti Donald Trampın, Rusiya prezidenti Vladimir Putinin və Fransa prezidenti Emmanuel Makronun gündəliyində olmalıdır. Bunu Azərbaycan Milli Məclisinin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev deyib.
Ərəbistan İsrailə görə Fələstinə təzyiqi artırır
Səudiyyə Ərəbistanı Fələstin lideri Mahmud Abbasdan ABŞ Prezidenti Donald Trampın yaxın zamanlarda İsrail-Fələstin münaqişəsi ilə bağlı sülh təşəbbüsünü qəbul etməsini tələb edib. Bu barədə Ramallahdakı mənbələrə istinadən İsrailin “İ24Nyus” telekanalı məlumat yayıb. Televiziya bunun qəbul edilməyəcəyi halda Ər-Riyadın Abbasın istefaya getməsini tələb edəcəyini bildirib.
Kreml Putin-Ərdoğan görüşündə hansı mövzuların müzakirə olunacağını açıqlayıb
Rusiya və Türkiyə prezidentləriVladimir Putin və Rəcəb Tayyib Ərdoğan noyabrın 13-də Soçidə görüşəcəklər. Kremlin mətbuat xidməti iki liderin terrorçuluğa qarşı mübarizə və Suriyadakı vəziyyəti müzakirə edəcəkləri barədə məlumat yayıb.
Mehman Hüseynov məhkəmədən vaxt istədi
Həbsdə olan bloger Mehman Hüseynovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyilə baş tutan prosesdə Mehman Hüseynovun vəkili Faud Ağayev çıxış edib. O bildirib ki, müvəkkili çıxışa hazır deyil. Vəkil Mehman Hüseynovun çıxış etməsi üçün məhkəmədən vaxt istəyib.
Yol qəzaları niyə məhz bu saatlarda baş verir? - Polis polkovnikindən AÇIQLAMA
DİN Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyevin yazısını təqdim edirik: Son günlər ölkə ərazisində baş verən yol-nəqliyyat hadisələrində piyadaların vurulması hallarının artmasını müşahidə edirik və bu qəzalar əsas etibarı ilə günün alatoranlıq və qaranlıq vaxtlarına, yəni saat 17-19 aralığına təsadüf edir. Sözsüz ki, bu müddət insanların ən çox işdən çıxaraq evə getdikləri vaxtdır. Piyadalarımızın əksəriyyətinin yolu keçmək vərdişləri isə hamıya bəllidir. Xüsusilə də tələsəndə. Əlbəttə, evə tələsənləri anlamaq olar.
YUNESKO-ya yeni baş direktor təyin edildi
Fransanın keçmiş mədəniyyət naziri Odre Azule YUNESKO-nun baş direktoru vəzifəsinə seçilib. Onun namizədliyini YUNESKO Baş Konfransının iştirakçılarının böyük əksəriyyəti dəstəkləyib.
Bu ölkədə Rusiya ilə əməkdaşlıq edənlər güllələnəcək - VİDEO
Rusiya ilə müdafiə sahəsində əməkdaşlıq edən ukraynalılar güllələnə bilər. Bu haqda Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov bildirib.
Azərbaycanlı xanım Tallinin vitse-meri oldu
Tallin şəhər məclisinin iclasında mərkəzçi Taavi Aas Estoniya paytaxtının yeni meri seçilib. İclasda şəhərin yeddi vitse-meri də təsdiqlənib. Onların sırasında həmvətənimiz, “Estoniya Yaşılları” partiyasının sədri Züleyxa İzmayılova da var.














