ABŞ 50 il əvvəlki müharibənin məxfi görüntülərini yaydı - VİDEO

ABŞ Milli Arxiv İdarəsi Vyetnam müharibəsində çəkilən və daha sonra məxfiləşdirilən videoları yutubda dərc edib. Videolarda 1965-ci ilin martın ortalarında cəngəlliklər və yaşayış məntəqələrinin bombardmanı, həmçinin 1967-ci ilin oktyabrında Amerika helikopterlərinin hərəkətləri əksini tapıb.

Videoçarxların dərci ABŞ prezidenti Donald Trampın Asiya-Sakit okeanı İqtisadi Əməkdaşlıq Təşkilatının (ATES) sammitində iştirakı çərçivəsində Vyetnama səfəri ilə üst-üstə düşür. Sammitin keçirildiyi Dananq şəhəri 1965-ci ildə ABŞ ordusunun birinci bölmələrinin düşdüyü yerdir.

Donald Tramp tədbirin gedişatında ABŞ və Vyetnamın daha rəqib ölkələr olmadığını deyib. "İndi biz daha düşmənlər deyilik, biz dostlarıq", - Ağ Evin başçısı vurğulayıb. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31