"Kəpəz" hazırlığı bərpa edib
Azərbaycan Premyer Liqasında yaranan fasilə ilə əlaqədar istirahətə buraxılan “Kəpəz” yenidən bir araya gəlib. Məlumata görə, gəncəlilər 4 günlük istirahətdən sonra Bakıda toplaşıblar. Gəncə komandası bu gündən hazırlığı bərpa edib. “Sarı-göylər” paytaxtda məşqlərə başlayıblar. Komandanın ilk hazırlıq prosesi Bakı Olimpiya Stadionunun (BOS) ehtiyat meydançasında baş tutub.
10 Noyabr 2017 17:58 İdmanAzərbaycan Premyer Liqasında yaranan fasilə ilə əlaqədar istirahətə buraxılan "Kəpəz" yenidən bir araya gəlib. Məlumata görə, gəncəlilər 4 günlük istirahətdən sonra Bakıda toplaşıblar. Gəncə komandası bu gündən hazırlığı bərpa edib. "Sarı-göylər" paytaxtda məşqlərə başlayıblar. Komandanın ilk hazırlıq prosesi Bakı Olimpiya Stadionunun (BOS) ehtiyat meydançasında baş tutub.
Qeyd edək ki, "Kəpəz" Premyer Liqanın 12-ci turu çərçivəsində noyabrın 18-də "Səbail"lə qarşılaşacaq. Sia.az