Ərəbistan İsrailə görə Fələstinə təzyiqi artırır

Səudiyyə Ərəbistanı Fələstin lideri Mahmud Abbasdan ABŞ Prezidenti Donald Trampın yaxın zamanlarda İsrail-Fələstin münaqişəsi ilə bağlı sülh təşəbbüsünü qəbul etməsini tələb edib. Bu barədə Ramallahdakı mənbələrə istinadən İsrailin “İ24Nyus” telekanalı məlumat yayıb. Televiziya bunun qəbul edilməyəcəyi halda Ər-Riyadın Abbasın istefaya getməsini tələb edəcəyini bildirib.

Səudiyyə Ərəbistanı Fələstin lideri Mahmud Abbasdan ABŞ Prezidenti Donald Trampın yaxın zamanlarda İsrail-Fələstin münaqişəsi ilə bağlı sülh təşəbbüsünü qəbul etməsini tələb edib. Bu barədə Ramallahdakı mənbələrə istinadən İsrailin "İ24Nyus" telekanalı məlumat yayıb. Televiziya bunun qəbul edilməyəcəyi halda Ər-Riyadın Abbasın istefaya getməsini tələb edəcəyini bildirib.

Qeyd edək ki, noyabrın 7-də Abbas gözlənilmədən Kral Salman bin Əbdüləziz və vəliəhd şahzadə Məhəmməd bin Salmanla danışıqlar aparmaq üçün Ər-Riyada gəlib. Ərəbdilli mətbuat Səudiyyə Ərəbistanının Mahmud Abbasa təzyiq edərək onun İran və Hizbullaha qarşı koalisiyaya cəlb edilməsinə çalışdığını bildirib. Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31