Gündəm

“Uber” və “NASA” uçan taksilər şəbəkəsi yaradacaq

10 Noyabr 2017 19:11

“Uber” şirkəti və ABŞ Kosmik Agentliyi (NASA) arasında uçan taksi aparatları şəbəkəsinin yaradılması haqqında saziş imzalanıb. “Uber” şirkətinin istehsal şöbəsinin direktoru Ceff Holdenin sözlərinə görə, saziş uçan taksilərin marşrutlarının tənzimlənməsi üçün proqram təminatının yaradılmasını nəzərdə tutur.

Bank kartı ölçüsündə smartfon təqdim olunub

10 Noyabr 2017 19:05

“FutureModel” şirkəti Yaponiyada “Android” əməliyyat sistemli qeyri-adi “NichePhone-S” smartfonunu təqdim edib. Yeni qurğunun əsas fərqləndirici cəhəti onun adi bank kartı ölçüsündə olmasındadır. Qabaritləri 90 х 50 х 6,5 millimetrə bərabər smartfonun çəkisi 38 qram təşkil edir. “NichePhone-S” ilk növbədə geniş imkanlara malik kompakt rabitə vasitəsi arzulayan istifadəçilər üçün nəzərdə tutulub.

Millimiz İranda ənənəvi turnirdə çıxış edəcək

10 Noyabr 2017 19:00

Dekabrın 2-də futzal üzrə Azərbaycan milli komandası İranın İsfahan şəhərində start götürəcək "4 Top Nations" ənənəvi beynəlxaq turnirinə qatılacaq. 

İtaliya millisində itki

10 Noyabr 2017 18:55

İtaliya millisi ciddi itki ilə üzləşib. Komandanın hücumçusu Simone Zaza məşq zamanı zədələnib. O, bu gün DÇ-2018-in Avropa zonasının pley-off mərhələsinin İsveçlə keçiriləcək oyununda meydana çıxa bilməyəcək. 

Messi: "O oyundan əvvəl dəhşətli kabus hiss edirdik"

10 Noyabr 2017 18:50

Argentina yığmasının lideri Lionel Messi DÇ-2018-in seçmə mərhələsinin son oyunundan - Ekvadorla qarşılaşmadan danışıb.  Messi özünün və komanda yoldaşlarının qarşılaşmadan əvvəl keçirdikləri hissləri ictimaiyyətlə bölüşüb.

Alimlərdən xəbərdarlıq: Kontakt linzalar təhlükəlidir!

10 Noyabr 2017 18:45

Nyu-York Universitetinin Tibb məktəbi alimləri yeni araşdırmalardan sonra belə qərara gəliblər ki, kontakt linzalarının taxılması ziyanlıdır. Araşdırmalar göstərib ki, kontakt linzaları gözün üzərində yaşayan mikroorqanizmlərin tərkibini dəyişir ki, bu da ciddi göz xəstəliklərinin inkişafına səbəb ola bilər.

"Apple"dan tarixi etiraf: Yeni smartfonlar qüsurludur

10 Noyabr 2017 18:40

“Apple” şirkəti yeni “iPhone X” smartfonlarında qüsurların olduğunu etiraf edib. Məlumata görə, şirkət soyuq havada sensorlu ekranın toxunuşlara reaksiya vermədiyini bildirib.

Planşetlər bazarının həcmi 5,4 faiz azalıb

10 Noyabr 2017 18:35

“IDC” analitik şirkəti 2017-ci ilin üçüncü rübündə dünyada 40 milyona yaxın planşet kompüterinin satılmasını açıqlayıb. Bu, ötən ilin göstəricisindən 5,4 faiz azdır. Analitiklər planşetlərin satışının aşağı düşməsini smartfonlara tələbatın artması, istifadəçilər tərəfindən mövcud planşetlərin əvəzlənməsinin təxirə salınması və adi kompüterlərin mövqelərinin möhkəmlənməsi ilə izah edərək getdikcə yeni istifadəçiləri cəlb etməyin çətinləşməsini qeyd edirlər.

Ən çox satılan smartfonlar məlum olub

10 Noyabr 2017 18:30

"Canalys" analitik şirkəti cari ilin üçüncü rübündə ən çox satılan smartfonları açıqlayıb.  Tədarükə görə birinci yeri 13 milyon ədəd həcmində satılan "iPhone 7" modeli tutub.  İkinci pillədə təxminən ikiqat fərqlə 7,9 milyonluq tədarük həcmi ilə "iPhone 6s" smartfonu qərarlaşıb. Sonrakı yerlərdə müvafiq olaraq 7,8 və 7,2 milyon tədarüklə nisbətən ucuz "Samsung Galaxy J2 Prime" və "Oppo A57", eləcə də təkmilləşdirilmiş "Oppo R11" modelləri qərarlaşıb.  

"Ceyms Bond"un sevgilisi dünyasını dəyişdi

10 Noyabr 2017 18:25

1967-ci ildə çəkilən "Agent 007" filmindən tanınan aktrisa Karin Dor dünyasını dəyişib. Filmdə Ceyms Bondun sevgilisi obrazını canlandıran almaniyalı aktrisa 79 yaşında vəfat edib. O, Münhendəki qocalar evində dünyasını dəyişib.

Lavrov: "Biz Trampın Putinlə görüşmək istəyi ilə bağlı bəyanatını eşitmişik"

10 Noyabr 2017 18:21

"Biz Trampın Putinlə görüşmək istəyi ilə bağlı bəyanatını eşitmişik. Lakin ABŞ prezidentinin səlahiyyətlilərinin məslə ilə bağlı nə dediklərini bilmirəm. Bunu onların özlərindən soruşun". Bunu Rusiya XİN başçısı Sergey Lavrov "Rossiya-24” kanalına Rusiya və ABŞ prezidentlərinin Vyetnamda keçirilən sammit çərçivəsində görüşü ilə bağlı sualı cavablandırarkən deyib.

Çində iki min illik hamam tapıldı

10 Noyabr 2017 18:19

Çində aparılan arxeoloji qazıntılar zamanı qədim dövrdən qalma hamam tapılıb. Dördbucaqlı formda olan hamamların divarları və bünövrəsi kərpicdən inşa edilib. Xarab olmadan bu günə qədər qalan 3 hamam Qin dövlətinin paytaxtı Yüeyanqda tapılıb.

Ən yaxın dostuna aşiq olanlara 8 VACİB QEYD

10 Noyabr 2017 18:13

Ən yaxın dostunuzun sizin üçün daha böyük əhəmiyyət kəsb etdiyini anladığınız an demək, vəziyyət dəyişib. Onunla bir çox məqamları paylaşmaq, dostunuza nəsə danışmaqdan daha çox sanki ona nəsə izah etməyə çevrilir. Deməli, siz artıq ən yaxın dostunuza aşiq omusunuz.

İcra başçısının evini soydular — Almaniyada

10 Noyabr 2017 18:09

Almaniyanın Saarland vilayətinin icra başçısı Annegret Kramp Karrenbauerin evi talan edilib. 55 yaşlı icra başçısının iki mərtəbəli həyət evinə soxulan şəxsiyyəti naməlum oğru və ya oğrular evi soyublar. Bütün otaqları ələk-vələk edən oğrular pul və zinət əşyaları aparıblar. Oğruların sənəd aparıb-aparmadıqları məlum deyil.

Putin-Ərdoğan görüşündə hansı mövzular müzakirə olunacaq?

10 Noyabr 2017 18:03

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan noyabrın 13-də Soçidə görüşəcəklər. Kremlin mətbuat xidməti iki liderin terrorçuluğa qarşı mübarizə və Suriyadakı vəziyyəti müzakirə edəcəkləri barədə məlumat yayıb.